Bundestaqın deputatı ermənilərin Füzulidəki vəhşiliyini pisləyib
Tarix: 10.07.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqından (CDU) olan deputat Patrik Sensburq Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisinin erməni vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar sorğusuna cavab olaraq bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində digər dinc sakinlərin ağır xəsarət alması da danılmazdır. Mən tərəfləri bu münaqişəni tezliklə həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırıram. Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır. Münaqişəni həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul edib”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info