Məhkumlar internetdən istifadə edə biləcək
Tarix: 29.04.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Cəzaçəkmə müəssisələrində məhbuslara bütün internet vasitələrindən istifadə imkanının verilməsi planlaşdırılır. Bununla bağlı Cəzaların İcrası Məcəlləsinə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi parlamentdə müzakirəyə çıxarıla bilər.
Layihəyə əsasən, Azərbaycan həbsxanalarında vətəndaşlığından asılı olmayaraq, cəza çəkən bütün məhkumlar qanunla müəyyən olunmuş müddətdən bir və qanunla tənzimlənəcək müvafiq nəzarət altında həbsxana xaricində bütün dünya üzrə internet resurslarından müvafiq dərəcədə istifadə etmək imkanı əldə edəcəklər. Bununla bağlı hər bir məhkum üçün gündəlik internetdən istifadə üçün limit də müəyyən olunacaq. Layihədə məhkumların internet vasitəsilə öz yaxınları və ailə üzvləri ilə əlaqə saxlaya bilməsi nəzərdə tutulur. Məqsəd məhkumları dünyada baş verən elmi-texniki yeniliklərdən, sivilizasiyadan internet vasitəsilə operativ agah etməkdir. Hazırkı qanunvericiliyə əsasən, məhkumlar yalnız həbsxana çərçivəsi ilə məhdudlaşan internet imkanlarından istifadə edə bilirlər. Layihənin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir. Qeyd edək ki, bu il qanunvericilikdə xarici ölkə vətəndaşlarının “Skype”dan istifadə etməsi ilə bağlı əlavə maddənin təsdiq olunması da gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info