Ankara Avropaya qarşı
Tarix: 10.07.2017 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Almaniya əsgərlərini “İncirlik” bazasında çıxarmağa başlayıb – üç ay davam edəcək prosesə ilk olaraq 20 əsgər və yanacaq təyyarəsinin köçürülməsi ilə start verilir


Almaniya artıq öz əsgərlərini Türkiyədə yerləşən “İncirlik” hərbi bazasından çıxarmağa başlayıb. “İncirlik” bazasında Almaniyanın 270 hərbçisi, 6 kəşfiyyat təyyarəsi və bir yanacaq təyyarəsi var. Almaniya hökuməti Türkiyədən çıxarmağa başladığı hərbçiləri İordaniyada yerləşdirəcək. Üç ay davam edəcək prosesə ilk olaraq 20 əsgər və yanacaq təyyarəsinin köçürülməsi ilə start verilir. Almaniya hərbçiləri koalisiya qüvvələrinin Suriyada həyata keçirdiyi əməliyyatlara dəstək məqsədi ilə Türkiyədə yerləşdirilmişdi. Alman hərbçilərinin Türkiyədən çıxarılması Berlin-Ankara münasibətlərində növbəti kritik məsələdir. Ankara alman deputatların “İncirlik” bazasına daxil olmasına icazə vermədiyi üçün Berlin belə bir addım atıb. Amma prosesləri yaxından izləyənlər yaxşı bilir ki, problem Almaniya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasından sonra başladı. Bunun ardınca Türkiyədə çevrilişə cəhd oldu.

Almaniya Ankara ilə münasibətlər pisləşdirəcək addımlar atsa da, əlaqələrin tam kəsilməməsinə çalışır

Berlinin çevriliş iştirakçısı olmuş və ona dəstək verən şəxslərə sığınacaq verməsi Ankaranın qəzəbinə tuş gəldi. Dövlət çevrilişinə dolayı yolla dəstək vermələrinə baxmayaraq Ankaranı müxtəlif bəhanələrlə ittiham edirlər. Türkiyəli nazirlərin ölkəyə buraxılmaması isə münasibətləri daha da kəskinləşdirib. Türkiyədə tam demokratik şəkildə referendum keçirilməsinə baxmayaraq Qərb ciddi şəkildə etiraz etdi. Bunun da səbəbi referendumun nəticələrinin Türkiyənə daha da gücləndirəcəyidir. Türkiyənin güclənməsini istəməyən dairələr isə özlərinin müdafiə etdiyi dəyərlərə- azad və demokratik seçkinin nəticələrinə etirazlarını bildirdilər. Bütün bu proseslərin məntiqi nəticələrindən biri kimi alman hərbçilər Türkiyəni tərk edir. Ekspertlər arasında məsələyə fərqli yanaşma var. Türkiyəli siyasilər və ekspertlər hesab edir ki, bu addımın Ankara üçün bir əhəmiyyəti yoxdur. Türkiyə dövlət başçısının məsələyə münasibət belə olub: “Əgər, Almaniya “İncirlik” bazasını tərk etmək istəyirsə, onda biz onlara “hələlik” deyirik”. Xarici işlər naziri Çavuşoğlu isə məsələyə belə münasibət ortaya qoyub: “Biz onlara yalvaran deyilik. Onlar bura gəlmək istəmişdi, biz də onlara kömək etmişdik. İndi nə istəyirlərsə, etsinlər”. Bəzi türkiyəli ekspertlər “RİA Novosti”yə açıqlamalarında bildiriblər ki, alman hərbçilərinin “İncirlik” bazasını tərk etməsinin Türkiyə üçün heç bir mənfi nəticəsi olmayacaq. Ekspertlər hesab edir ki, münasibətlərdəki gərginləşməyə baxmayaraq tərəflər arasında münasibətlər tam kəsilməyəcək. Nə NATO, nə Berlin, nə də Ankara son addımı atmayacaq. Doğrudur, son vaxtlar Türkiyə rəhbərliyi daha müstəqil siyasətə yeritməyə, regionda söz sahibi olmağa, geosiyasi proseslərə təsir etməyə çalışır. Ankara beynəlxalq münasibətlərdə müstəqil aktor kimi çıxış etməyə çalışır. Ankara Avropa ilə münasibətlərini də kəsməyib. Ən azından tərəflər arasında miqrasiya ilə bağlı çox vacib saziş qüvvədədir. Münasibətlərdə olan bəzi anlaşmazlıqlara baxmayaraq, Ankara Vaşinqtonun bir çox qərarlarını dəstəkləyir. Ankaranın Moskva ilə münasibətlərində eniş-çıxışlar yaşanır. Ərdoğanla Putin arasında keçirilən son görüşlərdən sonra münasibətlərin inkişafında irəliləyişlər hiss olunur. Bir məqama da diqqət etmək lazımdır ki, Almaniya Ankara ilə münasibətlər pisləşdirəcək addımlar atsa da, əlaqələrin tam kəsilməməsinə çalışır. Ona görə də alman siyasətçilər hərbçilərin Türkiyədən çıxarılması ilə bağlı bir qədər ehtiyatlı bəyanatlar verirlər. Kansler Merkel bildirib ki, alman hərbçilərin Türkiyəni tərk etməsi Ankara ilə gələcək mübahisələrdən qaçmağa imkan verəcək. Almaniyanın müdafiə naziri isə türk həmkarına telefon edərək, ona yerdəyişmə ilə bağlı məlumat verməklə yanaşı, indiyə qədər bazada yaradılan şəraitə görə təşəkkür edib: “Biz artıq başqa məsələlərin müzakirəsinə diqqət ayıra bilərik. Bir çox çətinliklər var. Amma bu addımın vəziyyəti daha da pisləşdiricəyini düşünmürəm. Türkiyə və Almaniyanın bir çox ümumi marağı var və ölkələr dialoq davam etdirilməlidir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info