“Ukrayna NATO ilə üzvlük planı mövzusunda müzakirələrə başlayacaq”
Tarix: 10.07.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


”Kiyev və NATO Ukrayna üçün Üzvlük üzrə Fəaliyyət Planının tətbiqi barədə müzakirələrə başlayır”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko NATO-Ukrayna Komissiyasının Kiyevdə keçirilmiş toplantısının yekunları ilə bağlı mətbuat konfransında bəyan edib. O bildirib ki, Ukrayna təhlükəsizlik sahəsində öz siyasi gələcəyini dəqiq müəyyənləşdirib: “Ali Rada gələcəkdə NATO-ya üzvlüyü bizim təhlükəsizlik məqsədimiz elan edən qanun qəbul edib, mən isə buna imza atmışam. Biz bunu çox vacib sayırıq ki, Üzvlük üzrə Fəaliyyət Planının tətbiqi barədə diskussiyaya başlayaq. Bu diskussiyanın başlanması ilə bağlı təklifimiz məmnuniyyətlə qəbul edildi”. Poroşenko hazırkı mərhələdə hələ ki üzvlük üçün rəsmi müraciət etməyəcəklərini söyləyib. NATO baş katibi Yens Stoltenberq isə bildirib ki, Ukraynanın quruma üzvlüyü barədə qərarı yalnız Ukrayna və üzv dövlətlər qəbul edə bilər və üçüncü tərəfin bu prosesə qarışmaq hüququ yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, son iki onillik ərzində Ukraynanın alyansın işinə çoxsaylı töhfələri səmimi olaraq qiymətləndirilir: “Ukrayna yeganə tərəfdaş ölkədir ki, Kosovo və Əfqanıstan əməliyyatları da daxil olmaqla, NATO-nun bütün missiyalarında iştirak edib. Biz NATO-nun Ukrayna ilə həmrəylik, eləcə də sizin dövlətin ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirmək üçün buradayıq”. Stoltenberq deyib ki, NATO və ittifaqın üzvləri Ukraynanın tərəfindədir: “İttifaq ölkələri Krımın Rusiya tərəfindən qanunsuz ilhaqını heç vaxt tanımayacaqlar. Bizi Ukraynanın şərqində davam edən və artıq minlərlə insanın həyatına son qoymuş münaqişə də narahat edir”. Baş katib qeyd edib ki, Minsk razılaşmaları tam şəkildə yerinə yetirilməli və ATƏT müşahidəçiləri bütün Ukrayna ərazisində maneəsiz və təhlükəsiz dolaşmaq hüququna malik olmalıdır.
Agasəf




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info