320 min nəfərlik sərgi
Tarix: 29.04.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi 320 min şagirdin iştirak edəcəyi təhsil sərgisini keçirəcək. Bu barədə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə baş tutacaq sərgi “Təhsil, texnologiya və tərəqqi” adı altında “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Sərgi Bakının bütün təhsil müəssisələrini əhatə edəcək. Sərgi hər zaman təhsili yüksək tutan, ona xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Sərgi eyni zamanda son illər təhsil sahəsində görülən işlərin hesabatı xarakteri də daşıyır.
40 bölmədən ibarət olacaq sərgidə müəllim və şagirdlərin yaradıcı işləri, o cümlədən əl işləri, elektron vəsaitlər əsasında hazırlanan işlər, bir sıra fiziki və kimyəvi təcrübələr, distant və inklüziv təhsil, milli - mənəvi irs, psixoloji xidmət və digər sahələrlə bağlı işlər, stend və layihələr təqdim olunacaq.
Qeyd edək ki, aprelin 30-da baş tutacaq sərgi BŞTİ-nin sayca üçüncü geniş miqyaslı sərgisidir.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info