71 min manat gecikdirilmiş ödənişin işçilərə ödənilməsi təmin edilib
Tarix: 11.07.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70,828 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin məbləğin 93,6%-ni əmək haqları, 4,8%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanunu azad edilmələri barədə müraciətləri də diqqətlə araşdırılıb və qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildikləri müəyyən olunan şəxslərin əmək hüquqlarının müdafiəsi təmin edilərək onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Qeyd olunan tədbirlər çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları həmçinin aidiyyəti işəgötürənləri əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları barədə ətraflı məlumatlandırıblar.

Cari ilin ötən dövründə xidmət tərəfindən respublikanın ayrı-ayrı orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də təşkil olunub. Tədbirlərdə əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair qanunvericilikdə əksini tapan müddəalar barədə geniş məlumatlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info