“İkiyaşlı körpənin öldürülməsi heç bir bəraəti olmayan cinayət faktıdır”
Tarix: 11.07.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


İkiyaşlı körpənin öldürülməsi dünyanın harasında, hansı vəziyyətdə baş verməsindən asılı olmayaraq heç bir bəraəti olmayan cinayət faktıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərb Universitetinin rektoru, professor Andris Leitas jurnalistlərə açıqlamasında Ermənistanın azərbaycanlı mülki əhalinin yaşadığı ərazini atəşə tutması nəticəsində ikiyaşlı Zəhranın həlak olması faktına münasibət bildirərkən deyib.
Rektor bildirib ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Zəhra da bütün həmyaşıdları kimi böyümək, təhsil almaq, xoşbəxt gələcəyə sahib olmaq hüququna malik idi. İşğal faktı uzandıqca, ədalətsizlik bu cür davam etdikcə, təəssüf ki, qurbanların olması təhlükəsi də qalmaqda davam edəcək. Çox acı doğuran faktdır ki, ermənilərin silahlı hücumları nəticəsində dinc sakinlərin həyatını itirməsi ilk dəfə baş verən hadisə deyil. Dünya birliyi bu məsələdə kəskin, birmənalı mövqe nümayiş etdirməli və Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb etməlidir, regionda sülh yalnız ədalətin bərqərar olunmasından keçir”.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərminaz İltifat qızı isə yaralanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info