Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi etiraz bəyanatı yayıb
Tarix: 11.07.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi Füzuli rayonunun Alxanlı kəndinin sakinləri Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın Ermənistan Silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistanın bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə qadın və uşaqları hədəf aldığı bu vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasına, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəkilməsi üçün zəruri sanksiyaların tətbiq edilməsinə çağırılıb.
Bəyanatda Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarının hiddətlə qarşılandığı vurğulanıb. Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi mülki əhali, o cümlədən uşaqların qətlə yetirilməsinə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan sərt mövqe nümayiş etdirməyi tələb edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info