Şərqin böyük dühası
Tarix: 29.04.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Şərqin böyük dühası Əbülqasım Firdovsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunmuş konfransda əvvəlcə klassik Şərq poeziyasının görkəmli nümayəndələrindən olan Əbülqasım Firdovsi ilə bağlı film nümayiş olunub. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq dünya ədəbiyyatının ən gözəl incilərindən olan “Şahnamə” əsərinin müəllifi, böyük Firdovsinin dünya poeziyasında əvəzsiz yerlərdən birini tutduğunu bildirib,
Azərbaycan ədəbiyyatşünaslığında şairin poetik irsinin öyrənilməsindən bəhs edib. İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Məhəmmədtağı Məhəmmədəli Şərqin dahi şairi Firdovsinin həyatından, poetik irsindən danışdı. İslam Əlaqələri və Mədəniyyət Təşkilatının Tədqiqat və Təhsil işləri üzrə müavini Məhəmmədrza Dehşiri şairin yaradıcılığının tədqiqi və təbliğindən bəhs edib. Konfransda İran İslam Respublikasının Urmiya Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Müzəffər Xudavəndigar, Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, Urmiya Payəmnur Universitetinin rektoru Hücətullah Qəhrəmani, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov, İngilis dili kafedrasının müəllimi Röya Səfərova, Şərq dilləri və ədəbiyyatı kabinəsinin müdiri Xəfayət Əliyeva, İran İslam Respublikasındakı Ərdəbil Universitetinin Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsgər Şahi və həmin universitetin müəllimi Məhəmməd Qazidehi məruzələr ediblər. Məruzələrdə Əbülqasım Firdovsinin həyatı, yaradıcılığı, müəllifinə dünya şöhrəti qazandırmış "Şahnamə" əsərindəki tarixilik və lirizm, xalqın bədii təfəkkür tərzinin ifadə olunması, əsərin dünya dillərinə tərcüməsi məsələlərinə toxunulub. Yekunda İran Mədəniyyət Şöbəsinin müdiri Əli Əkbər Talehi Mətin və AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli çıxış edərək belə müştərək konfransların əhəmiyyətini vurğulayıblar.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info