Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərib
Tarix: 11.07.2017 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar tərəfindən Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribata etiraz əlaməti olaraq toplantı keçirilib. Toplantıdan öncə tədbir iştirakçıları məsciddə 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər. Nant şəhərində yerləşən Türk mədəniyyət mərkəzində keçirilən toplantıda Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu vurğulanıb və bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir. Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul edilib. Müraciət İnsan Hüquqları komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib. Müraciətdə beynəlxalq birlikdən işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunması tələb edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info