Londonda çap olunan kitabda azərbaycanlı qaçqın və məcburi köçkünlərdən yazılıb
Tarix: 11.07.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Bu günlərdə Londonda nüfuzlu “Transnational Press London” nəşriyyatı tərəfindən çap edilən “Beynəlxalq miqrasiya və uşaqlar” adlı kitabda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemləri də əksini tapıb. Kitab 2016-cı ilin noyabr ayında İstanbulda Üsküdar Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Beynəlxalq miqrasiya və uşaq” mövzusunda beynəlxalq elmi simpodziumun materialları əsasında hazırlanıb. Türk və ingilis dillərində elmi məqalələrin yer aldığı kitabda bir çox ölkədən - Türkiyə, Rusiya, Yunanistan, İtaliya, İngiltərə, Suriya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və ABŞ-dan 40-dan çox elm adamının tədqiqat işləri yer alıb. Kitabda Yaxın Şərq və dünyanın digər silahlı münaqişə zonalarında məcburi miqrasiyaya məruz qalan uşaqların qarşılaşdığı problemlər sosioloji, fəlsəfi, psixoloji və siyasi nöqteyi-nəzərdən təhlil olunub.
Kitabın əsas müəlliflərindən biri olan Üsküdar Universitetinin sosiologiya bölməsinin müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanov deyib ki, “Dünyanın bir çox ölkəsindən elm adamlarının, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi nüfuzlu beynəlxalq elmi simpoziumda azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların da problemlərinin diqqətə çatdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Həmçinin simpozium materialları əsasında hazırlanan və Londonda çap olunan kitabda bu problemə həsr olunmuş iki elmi məqalə ilə azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların problemlərini dünya ictimaiyyətinə çatdırmağa çalışdıq”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info