“ Əmək pensiyalarının vaxtında maliyyələşdirilməsi təmin olunacaq”
Tarix: 11.07.2017 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Elman Babayev: "Artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşməsi yekunlaşıb"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, cari ilin I yarısında daxilolmaların səviyyəsi əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtında həyata keçirilməsinə, bəzi aylarda isə pensiyaların qrafikdən əvvəl hesablara köçürülməsinə imkan verib. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, ümumilikdə, cari ildə əmək pensiyalarının maliyyələşdirilməsində hər hansı problem müşahidə edilməyib: "Ötən aylarda olduğu kimi, iyul ayı üzrə də əmək pensiyalarının qrafik əsasında vaxtında maliyyələşdirilməsi təmin olunacaq. Artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşməsi yekunlaşıb, bu gündən etibarən isə Bakı şəhərinin rayonları üzrə ödənişin həyata keçirilməsinə başlanılacaq".

Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə pensiyaçıların sosial müdafiəsinə yönələn tədbirlərin davamı olaraq, hələ 2013-cü ildən hər ay üzrə əmək pensiyalarının ödənişi qrafiki bir qədər də əvvələ çəkilib: "Həmin vaxtdan etibarən pensiyaların maliyyələşdirilməsi işləri Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək tam yekunlaşdırılır. Həmçinin hər ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, hər ayın 18-dək respublika tabeli şəhərlər, hər ayın 24-dək respublikanın digər rayonları, hər ayın 29-dək isə hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasına aid pensiyaçılar üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılır. Qrafiklə nəzərdə tutulmuş tarixlər istirahət və ya bayram günlərinə təsadüf edirsə, pensiyaların ödənişi həmin günlərdən sonrakı iş günündə həyata keçirilir. Həmçinin, bayramlar və dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi aylarda pensiyaların ödənişi qrafiki müəyyən olunmuş vaxtdan da əvvəl icra olunur ki, bu da pensiyaçıların maraqlarının nəzərə alınmasından irəli gəlir. Qeyd olunan qrafikdən də aydın olur ki, hazırda pensiyaların ödənişində heç bir gecikmə yoxdur və iyul ayında da ölkəmizdə bütün növ pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək".
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info