Onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib
Tarix: 11.07.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


İyulun 3-dən 7-dək Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası Beyləqan və Ağcabədi rayonlarında onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinələr təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Erkən müayinə, Sağlam həyat” devizi ilə aparılan aksiya Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin başçılıq etdiyi 14 nəfərlik həkim briqadası aparıb.
RİİB nümayəndələri və könüllüləri Beyləqan və Ağcabədi rayonları, o cümlədən Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tibbi müayinələrə ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onların layihədə iştirakını təşkil ediblər.
Layihə müddətində Ağcabədi və Beyləqan rayonları üzrə 1500-ə yaxın sakin qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, abdominal onkoloji, döşqəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrdən keçib.
Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin Ağcabədi Mərkəzi Xəstəxanası tərəfindən aparılıb.
Müayinələr zamanı bir sıra şəxslərdə şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.
Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.
Tibbi müayinələrin respublikanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən onkoloji xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur. Onların təhlili nəticəsində RİİB mütəmadi olaraq regionlarda səhiyyə ilə bağlı müxtəlif layihələr, o cümlədən pulsuz tibbi müayinələr təşkil edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info