Mobil Texnologiyalar üzrə Beynəlxalq Gənclər Forumu
Tarix: 29.04.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mobil Texnologiyalar üzrə Beynəlxalq Gənclər Forumu işə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, forumun keçirilməsində məqsəd Azərbaycan gənclərinin yeni texnologiyalara daha yaxın olması və mövcud imkanlardan səmərəli istifadə edilməsidir: «İnformasiya texnologiyalarının inkişafı gənclərin məşğulluğunu təmin edir, gənclər isə bu sahənin inkişafına yeni ideyaları ilə öz töhfəsini verə bilər». Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov 2013-cü ilin ölkədə «İKT ili» elan olunduğunu xatırladıb və bildirib ki, bu il ərzində sözügedən sahədə bir sıra yeniliklər gözlənilir. Son illər ərzində bütün dünyada, o cümlədən Azərbaycanda mobil rabitə sahəsinin sürətlə inkişaf etdiyini bildirən nazir müavini həmçinin qeyd edib ki, mobil rabitə xidmətlərindən istifadə edənlərin sayı da dəfələrlə artıb: «Ölkədə bu sahənin inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılıb və dəstək verilir. Artıq Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları 3G və 4G xidmətlərinin göstərilməsinə başlayıb. Mayın 1-dən etibarən ölkədə mobil telefonların qeydiyyatı sistemi işə düşəcək, yaxın zamanlarda isə mobil telefon nömrələrinin daşınması xidməti də istifadəyə veriləcək». İ.Məmmədov Bakıda keçirilən bu forumu yüksək qiymətləndirib və bildirib ki, bu cür forumlar mobil rabitə şəbəkəsində yeni xidmətlərin yaradılmasına imkan yaradır və gənclər tərəfindən bu sahədə yeni ideyaların üzə çıxmasına təkan verir. Tədbirdə iştirak edən Dünya Bankının inkubator və texnoparklar şəbəkəsini yaradan «infoDev» layihəsinin rəhbəri xanım Haydi Humala bildirib ki, layihə çərçivəsində dünyanın 8 ölkəsində mobil texnologiyalar mərkəzi (Mobile Technology Hub) yaradılıb ki, mərkəzin biri Azərbaycandadır: «Məqsədimiz Azərbaycan gənclərini bu sahəyə cəlb etmək və onlara layihə çərçivəsində dəstək verib, təcrübə mübadiləsi aparmaqdır». İki gün davam edəcək forumda 20 ölkədən (ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə, Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və Sinqapur) İKT sahəsində çalışan 30-a yaxın mütəxəssis iştirak edir. Forumun keçirilməsində məqsəd mobil texnologiyaların son nailiyyətləri ilə tanış olmaq, mobil əlavələrin hazırlanması və istifadə olunması sahəsində beynəlxalq təcrübəni öyrənmək, həmçinin gənclərin yeni texnologiyalara marağını artırmaqdır. Qeyd edək ki, tədbir çərçivəsində «Mobil texnologiyalar sahəsində innovasiyalar və onlara yatırılan sərmayələr», «Mobil texnologiyalar: Gənclərin virtual sahibkarlığı üçün yeni məkan», «Tələbələr üçün texnoloji yeniliklər», «Texnoloji inkişafda «Lego» robotlarının» rolu» kimi mövzularda sessiyalar təşkil olunacaq, «Mobile Monday» şəbəkəsinin təqdimatı keçiriləcək.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info