“15 iyulda bizə dəstək verən dost, qardaş dövlətlərə təşəkkür edirik”
Tarix: 11.07.2017 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Azərbaycandan və digər ölkələrdən olan media mənsubları ilə görüşüb.

Görüşdən öncə S. Soylu və jurnalistlər Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar təşkil edilən fotosərgi ilə tanış olublar.

S. Soylu deyib ki, o gecəni yaşayanlar, heç bir şey düşünmədən, etnik və siyasi mənsubiyyətinə baxmayaraq, demokratiya uğrunda mübarizə aparanlar, həyatlarını riskə qoyaraq öz peşə borclarını yerinə yetirənlər böyük fədakarlıqlar etdilər: “Millət olmaq asan deyil. 15 iyul millət olmaq şüurunu bizə yenidən qaytardı. 15 iyul tək bir millətin sınağı deyil, həm də demokratiyanın sınağıdır. Biz demokratiya üçün fədakarlıqlar edə-edə gələn bir millətik. 15 iyulda bu millət böyük bir qəhrəmanlıq dastanı yazıb”.
Nazir bildirib ki, Türkiyəni müxtəlif yollarla zəiflətməyə çalışırlar: “Ancaq biz elə bir millətik ki, hər zaman yenidən ayağa qalxırıq. 15 iyulda Türkiyənin zəifləyəcəyini, parçalayacağını düşündülər. Ancaq bu gün Türkiyə daha da inkişaf edib. 15 iyul böyük bir imtahan oldu. 15 iyulda baş verənləri özümüzə qarşı haqsızlıq sayırıq. 15 iyul çevrilişə cəhd edən, onların arxalarında olanlar kim olursa olsun, buna görə cavab verəcəklər. 15 iyul demokratiyaya nə dərəcədə sadiq olduğumuzu göstərdi. 15 iyulda bizə dəstək verən dost, qardaş dövlətlərə təşəkkür edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info