“İnsanların və insanlığın qatillərinə qarşı birləşək!”
Tarix: 11.07.2017 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Alxanlı faciəsi ilə bağlı bəyənat verib. Sənəddə bildirilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci ilin iyul ayının 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşlar. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi olaraq Dağlıq Qarabağda baş verən bu kimi insanlığa zidd əməlləri qəti şəkildə pisləyirik! Biz müstəqil Azərbaycanın vətəndaşları olaraq, dünya ictimaiyyətinin diqqətini məhz bu proseslərə yönəltmək istəyirik. 20% torpağı işğal edilən, 1 milyondan artıq qaçqını olan ölkənin 2 yaşlı körpəsi evində vəhşicəsinə qətlə yetirilir və dünya ictimaiyyəti buna hələ də susur! Bu Terrordur!.. Dinc əhaliyə qarşı törədilmiş terror! Gənclər mərkəzi olaraq dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Gənclər Təşkilatlarına, Beynəlxalq Gənclər Assosiasiyalarına, gənclər ilə çalışan, uşaqların müdafiəsi ilə məşğul olan qurumlara səslənirik: - "Zəhralar ölməsin! Uşaqlar müharibələrin qurbanı olmasın, öz ata yurdlarından didərgin düşən insanlar unudulmasın! Hər birimiz var gücümüzlə terrora "Dur” deyək! Daha gözəl bir dünya üçün həmrəy olaq, insanların və insanlığın qatillərinə qarşı birləşək! Bizim haqq səsimizə səs verin! Çünki biz sülh, əmin-amanlıq istəyirik”. Məlumat üçün qeyd edək ki, bəyanat 10 xarici dilə tərcümə olunaraq dünyanın müxtəlif Beynəlxalq təşkilatlarına və siyasətçilərinə göndərilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info