QHT-lər dövlət proqramını müzakirə etdilər
Tarix: 29.04.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Gənclər Evinin və “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa baş tutub. Tədbirdə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatları, tələbə birliklərinin nümayəndələri iştirak ediblər.
Toplantı zamanı dəyirmi masa ətrafına toplaşanlar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində QHT-lərin, ictimai təşkilatların gördüyü işlər, bu fəaliyyətin effektivliyi barədə fikir mübadiləsi aparıblar. Gənclər Evinin direktoru Elşad Abdullayev ulu öndər Heydər Əliyevin həyatı, gənclərə göstərdiyi qayğı və diqqət haqqında danışıb. Elşad Abdullayev Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) layihəsi çərçivəsində görülən işlər haqqında qısa məlumat verib. Onun sözlərinə görə, gələcəkdə Gənclər Evində tamam fərqli mövzularda tədbirlər, staj proqramları, peşə kursları keçiriləcək: “Yaxın aylarda Azərbaycanda ilk dəfə olaraq gənclər üçün pulsuz distant təlimlərə də start verəcəyik”.
Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov dövlət proqramının icrası, proqramın tətbiqində əldə olunan nailiyyətlər, qarşıda gözlənilən layihələr barədə söz açıb. E.Hüseynov qeyd edib ki, proqramın əsas məqsədi gənclərin ictimai fəallığının artırılması, onların cəmiyyətdə gedən proseslərdə fəal iştirakına şərait yaratmaqdır. Nazirlik təmsilçisi getdikcə gənclərə ayrılan maddi dəstəyin də artacağını, yaxın aylarda Gənclər Sarayının inşa olunacağını, gənclik sahəsində xüsusi mükafatın təsis olunacağını bildirib. Tədbir zamanı sosial şəbəkələrdə aktiv gənclər təşkilatlarını birləşdirən ümumi bir səhifənin yaradılması, birgə tədbirlərin həyata keçirilməsi haqda təkliflər səslənib. Sonda Gənclər Evinin “Ofis menecer köməkçisi” staj proqramını bitirən 11 nəfərə sertifikat təqdim olundu. Qərara alınıb ki, yaxın günlərdə eyni mövzu ilə bağlı daha geniş dairədə müzakirə təşkil olunsun.
Qeyd edək ki, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info