Kənd təsərrüfatının maliyyəyə çıxışı üzrə Tədbirlər Planı təsdiqlənib
Tarix: 11.07.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Katibliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin "Maliyyəyə çıxışın asanlaşdırılması" sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş Tədbirlər planı müzakirə olunub.
Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən də istifadə edilib.
Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.
Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcək.
Təqdim olunan tədbirlər planı layihəsi ümumilikdə qəbul olunub və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, aparılmış müzakirələrin nəticələri, verilmiş rəy və təkliflər nəzərə alınmaqla yekun variant hazırlansın və Maliyyə Sabitliyi Şurasının növbəti müzakirəsinə təqdim edilsin.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilib və müvafiq dövlət qurumları ilə razılaşdırılmış tədbirlər planının son variantı iyulun 10-da Maliyyə Sabitliyi Şurasının növbəti toplantısında təsdiq olunub.
İclasda, həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlılığının dinamikasında müşahidə olunan pozitiv meyillər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi olub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub
20.09.2019
Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info