Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresinin rəsmi açılış mərasimi olub
Tarix: 11.07.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən DTHA təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi konqresin əhəmiyyətini vurğulayıb. Bakıda keçirilən növbəti tədbirin yüksək səviyyəli təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə və təşkilatçılara öz minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurumun yaranma tarixi barədə geniş məlumat verən professor təşkilatın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirləri barədə danışıb. T.Noquçi hazırda dünyada tibb və tibbi ekspertiza sahəsində geniş islahatların baş verdiyini vurğulayıb.
Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edilib.
Konqresdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev dünyanın 15 ölkəsində tədris olunan Azərbaycanın multikulturalizm modeli barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşamasına və bunun bir dünya modelinə çevrilməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni işğalı altındadır. Həmçinin nazir hazırda dünyanın bir çox ölkələrinin müharibələrə məruz qaldığını vurğulayıb.
Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir. “Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edir”, - deyən O.Şirəliyev tibb işçiləri ilə pasiyentlər arasında qarşılıqlı səmimiyyət və güvən hissinin vacibliyini qeyd edib.
Sonra konqres işini mövzu ətrafında məruzələrlə davam etdirib.
Bakı konqresində dünyanın aparıcı universitetlərinin professor-müəllim heyətinin 130-dan çox məruzəsi dinləniləcək, 100-ə yaxın poster təqdim olunacaq. Konqresin elmi proqramına təqribən 275 tezis daxil edilib. Məruzələrin tezisləri beynəlxalq "Tibb və hüquq" elmi jurnalında nəşr olunacaq.
Qeyd edək ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. Qurum UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info