Artukbek Yusupov: “Azərbaycan nadir tolerantlıq mühiti ilə seçilir”
Tarix: 11.07.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycan və özbək xalqlarını ortaq dəyərlər birləşdirir. Etnik baxımdan qohum xalqlarımız həm də, eyni dinə inanır. Özbək xalqı da Azərbaycan xalqı kimi, azadlıq mübarizəsi aparıb, çoxsaylı şəhidlər verib.
Bu sözlər iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxan Alimov arasında keçirilən görüşdə səsləndirilib.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki ölkənin dövlət müstəqilliyinə yenidən qovuşmasından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Özbəkistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. A.Paşazadə Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunaraq deyib ki, ölkələrimiz arasında əlaqələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Şeyxülislam deyib ki, bu gün bütün dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürləri tüğyan edir. Belə bir vaxtda müsəlman xalqları bir-birlərinin arxasında möhkəm durmalı, həmrəylik nümayiş etdirməlidirlər.
Özbəkistanın Mərkəzi Asiya regionunda böyük nüfuza malik dövlət olduğunu deyən A.Paşazadə bu ölkənin dini təhsil sahəsində də uğurlar əldə etdiyini diqqətə çatdırıb. Belə ki, Özbəkistanın müxtəlif dini təhsil ocaqlarını bitirən alimlər bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda İslamın düzgün çatdırılması və təbliği işini uğurla yerinə yetirirlər.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxan Alimov Azərbaycan və özbək xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin bugünkü inkişaf səviyyəsindən məmnunluq ifadə edib. O, səfər zamanı aparılan müzakirələrin xalqlarımız arasında dini sahədə əlaqələlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Usmonxan Alimov qeyd edib ki, Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Lakin İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən irəli gəlir.
Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin din sahəsində həyata keçirdiyi siyasəti yüksək dəyərləndirən A.Yusupov Azərbaycanın nadir tolerantlıq mühiti ilə seçildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info