“Nanotexnologiya sahəsində ortaq tədqiqatlar aparılmalıdır”
Tarix: 29.04.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransında yekun bəyanat qəbul olunub
25-27 aprel tarixləri arasında Qafqaz Universitetində Təhsil Nazirliyinin, Türkiyənin Atatürk Universitetinin, Hacettepe Universitetinin, Marmara Universitetinin və Ondokuz Mayıs Universitetinin birgə əməkdaşlığı ilə Qafqaz Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı öz işini yekunlaşdırıb. Bu barədə Qafqaz Universitetindən “Palitra”ya məlumat verilib.
Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransına 13 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan, Avstriya, Ukrayna, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətindən elmin müxtəlif sahələri üzrə tədqiqatçılar tərəfindən 900-dən çox tezis təqdim edilib, onlardan 650-si qəbul edilib. İngilis, rus, azərbaycan və türk dillərində təqdim olunan tezislər üzərində geniş müzakirələr aparılıb, müxtəlif sahələrdəki innovasiyalarla əlaqəli konstruktiv təkliflər verilib. Bununla da səmərəli elmi müzakirələr aparmaq üçün şərait təmin edilib, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar və elm adamları bir araya gələrək bu sahədə əldə olunan təcrübələri qarşılıqlı şəkildə paylaşmaq fürsəti əldə ediblər. Konfrans gənc tədqiqatçıların qarşılaşdıqları problemləri təhlil etmək və ortaq problemlərə yönəlik təkliflərlə davam etdirilib.
Konfrans sahə olaraq dissiplinlər arası (interdisciplinary) mahiyyət daşımış, 3 seksiyada 14 istiqamət üzrə təqdimatlar və müzakirələr olub. Konfransın çoxsahəli seçilməsi məqsədli şəkildə olub. Belə ki, konfransın diqqət mərkəzində olan əsas məsələ azərbaycanlı gənc tədqiqatçılar olub, məqsəd daha çox tədqiqatçının prosesə cəlb edilərək, onlara elmi mühitdə uyğun tribunanın təmin olunmasına şərait yaratmaq olub. Bu məqsədlə müxtəlif ölkələrin gənc tədqiqatçılarını bir araya gətirmək, onların konfransda qarşılıqlı şəkildə elmi fikirlərini rahat ifadə edə bilmələrini təmin etmək, elmi diskussiya aparma bacarıq və vərdişlərini artırmaq, elmlə məşğul olan yerli və xarici elm adamları arasında əlaqələri artırmaq və bu yolla Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Neft kapitalının insan kapitalına çevrilməsi” siyasətinə, Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına bu istiqamətdə töhfə vermək olub.
Konfransda vurğulanıb ki, bir ölkənin inkişaf səviyyəsi və ictimai həyatının müxtəlifliyi həmin ölkədəki gənclərin yaradıcılıq fəaliyyətləri və müasir standartlar səviyyəsində qəbul edilməsi ilə birbaşa əlaqəlidir. Elm sahəsindəki inkişaf ölkənin müxtəlif sahələrdə inkişafına da şərait yaradır. Elmin müxtəlif sahələrində yeniliklərin izlənilməsi, sahələr arasındakı ələqələrin qurulması və aktual araşdırmaların aparılması isə gənclərin aktiv fəaliyyətiylə birbaşa əlaqəlidir. Bu çərçivədə gənc tədqiqatçıların elmi araşdırmalarının nəticələri olaraq təqdim edilən tezislər ölkədə elmin inkişafına da müsbət təsir göstərəcək.
Konfransın yekununda aşağıdakı məsələlər istiqamətində rəylər müzakirə edilərək yekun bəyannamə qəbul edilib: müasir dövrdə ölkələrin hərtərəfli inkişafında elmi tədqiqatların rolu danılmazdır; dünyada aparılan çoxsayılı elmi-tədqiqatlar göstərir ki, bu gün insan kapitalının rolu fiziki kapitalın rolundan daha böyükdür; inkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə də elmə, elm adamlarına və elmi-tədqiqatlara verilən əhəmiyyət daha da artırılmalı, elmə ayrılan vəsaitlər çoxaldılmalıdır; xüsusilə gənclərin elmi sahələrə cəlb edilməsi üçün bu sahədə stimulun artırılması lazımdır; gənclərin elmə olan marağının artırılması istiqamətində yerli və xüsusən beynəlxalq səviyyəli, sahəvi elmi tədbirlərin, konfransların, seminarların sayı və keyfiyyəti artırılmalıdır; gənc tədqiqatçıların ölkə daxilində və xaricdə ortaq elmi-tədqiqatlar aparması təşviq edilməlidir; elm sahəsindəki təcrübələrin bölüşdürülməsinin zəmini formalaşdırılmalı və yeniliklərlə əlaqəli tədqiqatlara dəstək artırılmalıdır; tədqiqat sahəsinə görə elmi resurs-mənbə imkanlarından birgə faydalanmağın yolları tapılmalıdır; nanotexnologiya sahəsində ortaq tədqiqatlar aparılmalıdır; universitetlərin daxilində texnoparkların qurulması və inkişafının uyğun zəmini hazırlanmalıdır; gənc tədqiqatçıların beynəlxalq elmi mühitdə qəbul edilən, xüsusilə impakt faktoru yüksək olan jurnallarda məqalə dərc etməsi ciddi şəkildə təşviq edilməlidir.
Yuxarıda qeyd olunanlardan başqa, konfransın sahələrə yönəlik müzakirələrdə bir çox spesifik məsələlər də müzakirə edilmiş, diskussiyalar aparılıb. Bundan əlavə elmin müxtəlif sahələrindəki problemlərin həll yolları üçün müxtəlif ölkələrdəki təcrübələr də müzakirə edilib. Nəticə olaraq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı, respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi-tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına öz töhfəsini verib.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info