Yaponiyanın tanınmış həkimləri ödənişsiz göz müayinəsi keçirirlər
Tarix: 11.07.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyasına start verib. “Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış yapon alimi doktor Akio Kanainin rəhbərlik etdiyi 6 nəfər optometrist mütəxəssis iyulun 11-də Mingəçevir şəhərində qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsini və eynək paylanışı kampaniyasını həyata keçirməyə başlayıb.
Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlər üçün salınan yeni qəsəbənin klubunda həyata keçirilən humanitar aksiyada iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elsevər Ağayev AZƏRTAC-a bildirib ki, 2005-ci ildən indiyə qədər bu layihə hər il Azərbaycan Hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə həyata keçirilir: “Hər il Azərbaycanda 6 gün ərzində keçirilən xeyriyyə aksiyaları zamanı əsasən qaçqın və məcburi köçkünlərin, digər həssas qruplardan olan insanların gözləri oftalmoloq həkimlər tərəfindən müayinə olunur. Qeyd edim ki, “Fuci Optikal” şirkəti Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib, 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib”.
Elsevər Ağayevin sözlərinə görə, indiyədək ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insanlar BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və yerli hökumətin təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. “Fuci Optikal” şirkəti qarşıdakı 6 gündə insanların görmə qabiliyyətinin müayinəsi zaman 4 min eynək paylayacaq, eşitmə ilə əlaqədar digər əşyaları ianə edəcək. Ümumilikdə, 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanların müayinəsi nəzərdə tutulur. Müayinələr və eynəklərin paylanılması missiyası iyulun 11-13-dək Mingəçevirdə, iyulun 14-15-də Şəkidə, ayın 17-də isə Bakıda həyata keçiriləcək”.
Xeyriyyə aksiyasında iştirakından razılığını bildirən məcburi köçkün Sevda Şükürova onun gözlərini müayinə edən, pulsuz eynək verən yaponiyalı həkimlərə, təşkilatçılara minnətdarlıq edib. O, 1993-cü ildə Mingəçevir şəhərində məskunlaşdığını bildirərək deyib: “Hər il Yaponiyadan gələn göz həkimləri bizi təmənnasız müayinə edir, dəyərli məsləhətlərini verirlər. Bu gün mənim də gözümü müayinə olundu, eynək verdilər. Bu nəcib aksiyaya görə, dövlətimizə, təşkilatçı qurumlara təşəkkürümü bildirirəm”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info