Respublika turnirinin qalibləri mükafatlandırılıb
Tarix: 11.07.2017 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Sumqayıtdakı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, SSRİ-nin Əməkdar Məşqçisi Vaqif Əliyevin xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə II ənənəvi Respublika turnirinin qalibləri mükafatlanırılıb. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışda 2003-2005-ci il təvəllüdlü yeniyetmələr iştirak edib. Baş İdarədən bildirilib ki, turnirdə Sumqayıt, Bakı, Gəncə, Şirvan, Abşeron, Lənkəran, Göyçay, Qubadlı, Qusar, Quba, Kürdəmir, Zəngilan, Beyləqan, Xızı, Qobu, Goranboy, Sabirabad şəhər və rayonlarından, ümumilikdə, 298 idmançı qalib adı uğrunda mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Firdovsi Ömərov və Məmməd Eyvazov, Əməkdar Məşqçi Qərib Əliyev yarış iştirakçılarını və qonaqları salamlayaraq, Vaqif Əliyevin yunan-Roma güləşinin şəhərdə təbliği və inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, V.Əliyev dünya və Avropa yarışlarında yüksək nəticələr əldə etməklə yanaşı, onlarla idmançının üzə çıxarılmasında və yetişdirilməsində də xüsusi rol oyanyıb. Hazırda bu şərəfli iş onun yetirmələri tərəfindən layiqincə davam etdirilir. Ölkədə bədən tərbiyəsi və idmanın, xüsusi ilə yunan-Roma güləşinin inkişafındakı xidmətləri nəzərə alınaraq Prezident tərəfindən fəxri ada layiq görülüb. Vaqif Əliyevin oğlu Məmməd Əliyev atasının xatirəsinə həsr edilmiş turnirin keçirilməsinə yaxından kömək göstərdiyinə görə şəhər rəhbərliyinə ailə üzvləri adından minnətdarlığını bildirib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əli Sucayev (23 kq, Sumqayıt), Hüseyn Əlizadə (26 kq, Sabirabad), Rəvan Həsənzadə (29 kq, Bakı-Məhsul), Elvin İbadov (32 kq, Sumqayıt), Emil Əliyev (35 kq, Goranboy), Rəşad Həsənli (38 kq, Bakı-Məhsul), Seymur Novruzov (42 kq, Zəngilan), Nihad İsmayılov (47 kq, Bakı-Məhsul), Xanəhməd Zeynalov (53 kq, Abşeron), Ceyhun Hüseynov (59 kq, Bakı-Lokomotiv), Əli Əlizadə (66 kq, Gəncə) və İbrahim Mehrəliyev (+66 kq, Sumqayıt) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Turnirin qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info