Nazarov yığmamızın oyununa qədər hazır olacaq
Tarix: 11.07.2017 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun durumuna aydınlıq gəlib. Almaniya mətbuatının məlumatına görə, bu yaxınlarda klubu “Aue”nin heyətində zədələnən futbolçu əməliyyat olunmayacaq. Bu barədə klubun məşqçisi Robin Lenk məlumat verib. O deyib ki, həkimlər Nazarovun əməliyyat olunmasına ehtiyac duymayıblar. Lenk 27 yaşlı orta sahə oyunçusunun baş barmağındakı zədənin ciddi olmadığını vurğulayıb: “Zədə müalicə ilə keçəcək. Nazarov tezliklə məşqlərə başlayacaq”. Bu isə o deməkdir ki, futbolçu yığmamızın qarşıdakı rəsmi matçına qədər tam hazır olacaq. Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 1-də səfərdə Norveçlə keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info