Qan təzyiqini azaldan tərəvəz
Tarix: 29.04.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Xiyar balqabaqkimilər fəsiləsinə daxil olan bitki növüdür. O həm açıq torpaqda, həm də istixanalarda yetişdirilir. Xiyarın tərkibində 95% su, az miqdarda nişasta, qlükoza, fruktoza, B,C vitamini və s. vardır. Xiyar toxumlarının tərkibində 30%-ə qədər zülallı maddələr və 31,5% yağ olur. Xiyarın kimyəvi tərkibi onun növündən, becərildiyi torpaq-iqlim şəraitindən, yetişmə dərəcəsindən və saxlanılma müddətindən asılıdır.
Xiyarın təsərrüfat botaniki növləri bir-birindən formasına, ölçüsünə, rənginə və səthinin vəziyyətinə (hamar və ya qabırğalı) görə fərqlənir. Yetişmə müddətinə görə tezyetişən (44 günə), ortayetişən (45-50 gün) və gecyetişən (50-60 gün) qruplarına bölünür.
Xiyar bədəni su ilə təmin edir. Qan təzyiqini azaldır, susuzluğu aradan qaldırır, böyrək daşının yaranmasının qarşısını alır, baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyar tumu qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir.
Xiyar növündən asılı olaraq müxtəlif ölçüdə olur. Yetişən zaman növünə xarakterik hala gəldikdə yığılır. Vaxtında yığılmadıqda rəngi ağarıb, saralır, kobudlaşır və istifadəyə yararsız vəziyyətə düşür. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti vardır. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Onları daha çox duza qoyurlar. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın mineral maddələri qələvilik xassəsinə malik olduğundan başqa məhsullarla orqanizmə daxil olmuş zərərli turşuların neytrallaşmasına kömək edir.
Xiyar növləri qaratikanlı və ağtikanlı qruplarına bölünürlər. Qara tikanlı xiyar növləri əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə edilir. Ağ tikanlı növlər isə əsasən təzə halda istifadə edilir. Bu növ xiyarların qabığı duz məhlulunu pis keçirdiyinə görə onlar duza və sirkəyə qoyulmaq üçün az yararlıdır.
Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla müxtəlif çalarlı, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola bilər.
Ticarət şəbəkələrinə yeşiklərə və polietilen torbalara yığılmaqla üstüörtülü maşınlarda daşınmalıdır. Satış yerlərində bu məhsullar günəş şüalarından mühafizə olunmalı və sərin yerdə saxlanmalıdır. Açıq sahələrdə yetişən xiyarları 6-8C, istixanalarda yetişən xiyarları 10-12C temperaturda saxlamaq məsləhətdir. Bu zaman havanın nisbi rütubəti 90-95% olmalıdır. Qeyd olunan şəraitdə xiyar 2-3 həftə saxlanıla bilər.
Xiyar alarkən onun formasına və rənginə diqqət edin. Xırda, ətliyi bərk, rəngi yaşıl olan xiyarlar daha keyfiyyətli hesab olunur. Rəngi ağarıb-saralmış, forması kobudlaşmış xiyarları almaqdan çəkinin.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info