“İŞİD” Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib
Tarix: 11.07.2017 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“İŞİD” terror təşkilatı Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib. “İŞİD” döyüşçüləri yaxın zamanlarda “yeni xəlifə”nin adını açıqlayacağını deyiblər. Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib. İyulun 2-də “Əs-Sumariya” telekanalı İraqın Naynava vilayət rəhbərliyinə istinadən bəyan edib ki, “İŞİD” döyüşçüləri qruplaşma liderinin öldürüldüyünü iddia edən imamı qətlə yetiriblər. Mosul yaxınlığındakı Tel-Əfər yaşayış məntəqəsində yerləşən döyüşçülər əl-Bağdadiyə yaxın olan imam Əbu-Katibi “qarışıqlıq salmaqda” ittiham ediblər. Qeyd edək ki, “İŞİD”-ə qarşı koalisiyanın komandiri Stefan Tovnsend Mosulun terror təşkilatından azad edilməsinə münasibət bildirərkən, “bu zəfər “İŞİD”-i bitirməz və qaşıda daha çətin döyüş var” deyib. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın adından yayılan açıqlamada Mosulun “İŞİD”-dən azad olunması münasibətilə İraq silahlı qüvvələrinə təbriklər ünvanlanıb. Qeyd olunub ki, Mosul tamamilə İraq əsgərlərinin əlinə keçib. Lakin bəzi məhəllələrdə və evlərdə partlayıcıların və “İŞİD” üzvlərinin təmizlənməsi davam etdirilir: “Mosul uğrunda döyüşlər ordu üçün çətin müharibə idi və koalisiya bu ağır döyüşlərdə qazandığı zəfərlərini qeyd edən iraqlı ortaqlarının yanında olmaqdan qürur duyur”. Açıqlamada bildirilir ki, “İŞİD” İraqın bir çox bölgəsində varlığını hələ də sürdürür. Koalisiya qüvvələri “İŞİD” terror təşkilatına qarşı mübarizədə bundan sonra da İraqın yanında olacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info