Moskva görüşü öncəsi “neft gedişi”
Tarix: 11.07.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Feldmarşal Haftar bir neçə gün əvvəl böyük neft ehtiyatının yerləşdiyi və vacib dəniz limanı olan Benqazini nəzarətə götürdüyünü elan edib
Avropa dövlətləri miqrasiya ilə bağlı problemi necə həll edəcəklərini bilmirlər. Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya miqrasiya məsələsi ilə bağlı çətin vəziyyətə düşüb. Bu ilin ilk 6 ayı ərzində İtaliyaya Afrika ölkələrindən 85 min miqrant gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Rəsmi Roma problemi həll edə bilmədiyini etiraf edərək Avropa İttifaqından yardım istəyib. Romanın müraciətinə ilk cavab Berlindən gəlib. Almaniya İtaliyadan gələn miqrantların kvotasını 500-dən 750 nəfərə çıxarıb. Bununla yanaşı Berlin Romaya maliyyə yardımı edəcəyini də bildirib. Avropanın qalan dövlətlərindən isə Romaya yardımla bağlı heç bir cavab yoxdur. Bununla yanaşı Avropa dövlətləri miqrasiya ilə bağlı siyasəti sərtləşdirməyə davam edirlər. Məsələn, İtaliyada sığınacaq verilməyən miqrantın apelyasiya üçün müraciət etmək hüququ ləğv edilib. Fransa isə miqrantalın geri qayıtmasının təhlükəli olduğu ölkələrin siyahısını qısaldıb. Macarıstan isə Avropa İttifaqının sanksiya hədələrinə rəğmən miqrant qəbulundan imtina edib. Xatırladaq ki, Macarıstan Serbiya ilə sərhədə divar hörüb. Bu ölkənin Avropa parlamentindəki deputatları bir qədər də uzağa gedərək həmin divarın yuxarı hissəsinə donuz başları keçirməyi təklif ediblər. Bu təklif Avropada narazılıq yaradıb. Luksemburqdan olan deputatlar Avropa dəyərlərini qorumaq üçün Macarıstanı Avropa İttifaqından çıxarmağı təklif edib. Daha çox miqrant qəbulu ilə seçilən Almaniyanın özündə də sərt qaydalar hökm sürür. Almaniya hakimiyyəti ötən il sığınacaq üçün müraciət edən miqrantalrın yarısından çoxuna rədd cavabı verib. Ümumilikdə isə almanlar təxminən 80 min miqrantı geri qaytarıb. Avropaya qeyri-leqal yolla gələn miqrantların demək olar ki, hamısı Afrikadandır. Bir qədər də dəqiqləşdirsək- əsas ölkələrdən biri Liviyadır. Çoxhakimiyyətliliyin hökm sürdüyü Liviyadan əhalinin Avropaya axını dayanmaq bilmir. Hakimiyyətdə o qədər boşluq var ki, ölkəni kimin idarə etdiyi, hansı mərkəzin hansı qanunu verdiyi bəlli deyil. Ölkənin qərbində - Tripolidə BMT-nin tanıdığı mili birlik hökumət yerləşir. Ölkənin ikinci mərkəzi isə şərqdə -parlamentin yerləşdiyi Tobrukdur. Qalan ərazilərə isə müxtəlif terror qruplaşmaları, ayrı-ayrı qüvvələr nəzarət edir. Daha bir qüvvə isə feldmarşal Haftarın başçılıq etdiyi “Liviya milli ordusu”dur. Feldmarşal bir neçə gün əvvəl böyük neft ehtiyatının yerləşdiyi və vacib dəniz limanı olan Benqazini nəzarətə götürdüyünü elan edib. Ekspertlər hesab edir ki, ABŞ və Avropa İttifaqı yaxın vaxtlarda Haftarın legitimliyini tanıya bilərlər. Məsələ ondadır ki, Haftar digər qüvvələrdən fərqli olaraq real gücə malikdir. Keçmiş SSRİ-də hərbi təhsil almış Haftarın Qərbdə Rusiyayönümlü şəxs kimi sayırlar. Ötən il iki dəfə Moskvada səfərdə olan Haftar Kreml rəsmiləri ilə danışıqlar aparıb. Amma bir məsələdə var ki, Haftar SSRİ-də təhsil alsa da təxminən 20 il ABŞ-da yaşayıb. Artıq Brüssel dəhlizlərində Haftarın Liviyada hakimiyyətdə olacağı təqdirdə ölkənin Qəzzafi dönəmində olduğu kimi daha sabit ola biləcəyi və bu ölkədən miqrant axınının kəsiləcəyi ilə bağlı söhbətlər dolaşır. Yeri gəlmişkən Haftar Qəzzafinin tərəfdarlarından biri olub. Ekspertlər hesab edir ki, Qərb ölkələri Liviya ilə bağlı məsələdə seçim qarşısında qalıb. Ya, divar hörməyə davam edəcəklər, ya da Qəzzafinin tərəfdarının legitimliyini tanıyacaqlar. Miqrant problemini həll etməyin başqa yolu hələ ki, yoxdur. Bir məsələni də diqqətə çatdıraq ki, iyulun sonunda Moskvada neft ölkələrinin kvota ilə bağlı növbəti görüşünün keçirilməsi nəzərdə tutulub. Maraqlıdır ki, görüşə Liviya da dəvət olunub. Amma görüşdə Liviyanı kimin təmsil edəcəyi bəlli deyil. Bəlkə də Haftar tərəfindən neft mədənlərinin olduğu Benqazinin ələ keçirilməsi elə bu görüşdə təmsilçilik üçün həyata keçirilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info