ABŞ Qətərlə anlaşdı
Tarix: 11.07.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


ABŞ-ın dövlət katibi Reks Tillerson Qətərə səfər edib. Səfər çərçivəsində Qətər əmiri Tani ilə görüşən Tillerson danışıqlarda razılıq əldə edib. Tillersonun köməkçisi elan edib ki, dövlət katibi və Qətər əmiri terrorizmin maliyyələşməsinə qarşı ortaq sənəd imzalayıblar. Reks Tillerson daha sonra Səudiyyə Ərəbistanına səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir. Məlumata əsasən, R.Tillerson Ər-Riyadda Səudiyyə Ərəbistanının rəhbərliyi ilə görüşəcək. Qeyd edək ki, ötən bazar cünü Tillerson türkiyəli həmkarı Mevlüd Çavuşoğlu və prezident Tayyib Ərdoğanla da Qətər məsələsi ilə bağlı müzakirələr aparıb. Amerikalı siyasətçinin bölgəyə səfəri Körfəzdəki siyasi vəziyyətin artmaqda olan qeyri-müəyyənliyi ilə bağlıdır. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. Daha sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
Qətərlə diplomatik əlaqələri kəsmiş dörd ərəb dövləti isə hesab edir ki, “CNN” telekanalının yaydığı sənədlər Dohanın Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini inandırıcı şəkildə təsdiq edir. Bu barədə məlumat Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin birgə bəyanatında yer alıb.
Qeyd edək ki, “CNN” telekanalı böhrandan çıxmaq üçün Fars Körfəzi ölkələrinin liderləri arasında 2013-2014-cü illərdə bağlanmış məxfi sənədlərin surətini dərc edib. Dörd ərəb dövləti vurğulayır ki, Qətərə təqdim edilmiş bütün 13 tələbin əsasında Ər-Riyad sazişi dayanır.
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info