“15 iyul bizə XXI əsrdə millət olmaq şüurunu yenidən aşıladı”
Tarix: 11.07.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Süleyman Soylu: “Hazırda Türkiyə iqtisadi artıma görə dünyada ən çox inkişaf edən üç ölkədən biridir”
15 iyul - Demokratiya və Milli Birlik Günü ərəfəsində Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) təşkilatçılığı ilə Ankarada sərgi açılıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açılışında iştirak etdiyi sərgidə ötən il iyulun 15-də bu ölkədə dövlət çevrilişinə cəhd zamanı türkiyəli fotojurnalistlərin çəkdikləri şəkillər nümayiş olunur. BYEGM-nin rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca deyib ki, Türkiyə 15 iyul gecəsində əvvəlcə qaranlığı, ortaya qoyulan böyük iradə və inam ilə sonra da aydınlığı yaşadı. 15 iyul Türkiyənin təkcə siyasi, iqtisadi, diplomatik hücumlara qarşı deyil, eyni zamanda, hərbi təcavüzlərə qarşı da güclü olduğunu, sarsılmayacağını göstərdi. "İyulun 15-i demokratiyanın qalib gəldiyi gündür. Bu gün sadəcə Türkiyənin deyil, bütün dünyanın tarixinə keçəcək milli iradə günüdür", - deyə M.Akarca əlavə edib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, sərgidə nümayiş olunan fotoşəkillər həmin gecəni yaşayan, tarixə həkk edən və son nəfəslərinədək peşəsini yerinə yetirən fotomüxbirlərin əsərləridir. "Türkiyə xalqı siyasi düşüncəsinə və milli mənsubiyyətinə baxmayaraq, həmin gecə - iyulun 15-də öz ay-ulduzlu bayrağına sahib çıxmaq üçün küçələrə axışdı. Millət olmaq asan deyil. Millət olmaq bayrağına sahib çıxmaq, savaşlardan qalib ayrılmaqdır. Məhz 15 iyul bizə XXI əsrdə millət olmaq şüurunu yenidən aşıladı. 15 iyul bir millətin imtahanı, əslində isə bir insanlıq imtahanıdır", - deyə nazir əlavə edib. S.Soylu qeyd edib ki, türk milləti 15 iyulda qəhrəmanlıq dastanı yazıb: “Bu dastanı həmin gecə öz canlarından keçən şəhidlərimiz yazıb. Türkiyəni öz yolundan döndərməyə çalışırlar. Lakin biz tarixini və bu gününü özündə əks etdirən ay-ulduzlu bayrağına sahib çıxan xalqıq. 15 iyulun bizi zəiflədəcəyini düşündülər. Ancaq hazırda Türkiyə iqtisadi artıma görə dünyada ən çox inkişaf edən üç ölkədən biridir. Türkiyənin terrorla mübarizədə öz qətiyyətli yolundan dönəcəyini düşünənlər yanılırlar. Ölkəni öz istədikləri formada idarə etməyə çalışmağa cəhd göstərənlər bunu bacarmadılar. Həmin qüvvələrə cavabı məhz xalqımızın milli iradəsi və birliyi ilə verdik. Kimliyindən asılı olmayaraq, çevrilişə cəhd edənlər cəzasız qalmır və qalmayacaqlar. Biz bu gün öz hədəflərimizə doğru inamla irəliləyirik”. Nazir bildirib ki, gələcək nəsil 15 iyulu Türkiyənin son 100 ildəki ən çətin, eyni zamanda, qürur və milli birlik günü kimi xatırlayacaq: “Türk xalqı güclü xalqdır. Xalqımız bunu məhz 15 iyulda seçdiyi insanın, liderinin çağırışına sədaqəti ilə göstərdi. Həmçinin, ölümü, yaralanmağı gözə alaraq küçələrə çıxandan etibarən nə olacağını düşünmədən göstərdi. Demokratiyanın sadəcə mitinqlərdə olmadığını xalqımız məhz 15 iyulda nümayiş etdirdi. Bu, xalqımızın şanlı tarixi, dastanlar yazılacaq qəhrəmanlığının əyani sübutudur”. Müxtəlif ölkələrdən olan jurnalistlər "15 İyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə iyulun 11-dən etibarən təşkil edilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir. Azərbaycandan olan bir qrup media nümayəndəsi də həmin heyətə daxildir. Jurnalistlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, bu ölkənin Avropa İttifaqı naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ ilə görüşləri nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info