“Bakı multikulturalizm mövzusunu müzakirə etmək üçün çox uyğun məkandır”
Tarix: 11.07.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Türkiyə və Azərbaycan bir-biri ilə yaxın əlaqələri olan iki qardaş ölkədir”
“Hazırda tibb etikası və bioetika mövzuları ilə bağlı tədqiqat aparıram. Bakıda keçirilən 23-cü Dünya Tibbi Hüquq Konqresində iştirak etmək üçün Azərbaycana gəlmişəm. Azərbaycan Türkiyə üçün qardaş ölkədir. Ona görə Bakı kimi gözəl şəhərə səfər etmək və onu görməkdən məmnunluq hissi keçirirəm. Bu sözləri Ankara Universitetinin tibbi fakültəsinin professoru, tibb doktoru Bərna deyib. Türkiyəli professor bildirib: “Tədbirin əsas mövzusu çoxmədəniyyətlilik - multikulturalizmlə bağlıdır. Multikulturalizm mövzusunu müzakirə etmək üçün Bakı çox uyğun məkandır. Çünki burada təkmədəniyyətliliyin deyil, fərqli mədəniyyətlərə sahib insanların sabitlik və sülh şəraitində yaşadığını görmək mümkündür. Dünyanın müxtəlif yerlərində müharibələr davam edərkən, insanlarda tolerantlıq hissləri olmazkən, Bakıda, bu gözəl coğrafiyada müxtəlif mədəniyyətlərə hörmət etməyin və birlikdə yaşamağın mümkünlüyünü görmək çox önəmlidir. Bu baxımdan bütün dünyanın Azərbaycandan öyrənə biləcəyi çox şey var. Türkiyə və Azərbaycan bir-biri ilə yaxın əlaqələri olan iki qardaş ölkədir. Azərbaycanda çox mühüm bir məsələnin yaşadığının şahidi oldum. Bu da bütün inanclara hörmət etmək düşüncəsinin göstəricisidir. Bu, həqiqətən XXI əsrdə yaxşı mənada təəccüb doğuracaq məsələdir. Hesab edirəm ki, bu, bütün müsəlman dünyası üçün mühüm başlanğıc nöqtəsi və davam etdiriləcək yol ola bilər”. B.Arda 2021-ci ildə belə bir konqresi İstanbulda təşkil etməyi düşündüklərini deyib: “Orada başqa mövzuda qaçqınların, sığınacaq yer axtaranların, xüsusilə ana və uşaqlar kimi xüsusi insan qruplarının hüquqlarının etik və tibb hüququ baxımından necə qorunması məsələlərini müzakirə edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info