Avropa Parlamentinin iclasında Ermənistanın hərbi-siyasi rejimi kəskin tənqid edilib
Tarix: 11.07.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin Xarici siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda son günlər qoşunların təmas xəttində yaşanan gərginlik Avropa Parlamentinin deputatları və iclasa dəvət edilən azərbaycanlı və ermənistanlı müstəqil ekspertlər tərəfindən geniş müzakirə edilib.
Azərbaycanın Avronest PA nümayəndəliyindən verilən məlumata görə, müzakirələr zamanı sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın təcavüzə məruz qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini və iyulun 4-də dinc sakinlərin Ermənistan ordusu tərəfindən qətlə yetirildiyini diqqətə çatdırıb. O, bu münaqişənin yalnız beynəlxalq hüquqa əsaslanaraq həll edilməli olduğunu və bu hüququn hamı tərəfindən tanınan sərhədlərin toxunulmazlığına hörmətdən ibarət olduğunu vurğulanıb. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi, Avronest PA-nın üzvü, rumıniyalı deputat Norika Nikolay da Ermənistanı azərbaycanlı mülki əhalinin qəsdən öldürülməsinə görə kəskin tənqid edib və bu hadisənin Dağlıq Qarabağ ərazisində deyil, məhz ondan kənarda azərbaycanlı mülki əhalinin yaşadığı məkanda baş verdiyini söylənib. AP-nin litvalı deputatı Petras Austrevicius da Ermənistanın mülki əhaliyə atəş açmasını kəskin tənqid edib və münaqişənin qızışma təhlükəsinin çox ciddi olduğunu söyləyib. Xorvatiyadan olan deputat Zelyana Zovko bu münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini və müharibənin yolverilməz olduğunu vurğulayıb. O, bu cür gərginliyin mülki vətəndaşların ölümünə səbəb olduğunu və bunun da qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb. İclasda iştirak edən ermənistanlı ekspert də Ermənistan cəmiyyətinin hərbiləşdirilməsini və prezident aparatı vasitəsi ilə hakimiyyətin bir mərkəzdə cəmləşdirilməsini təəssüflə qeyd edib. İclasda AP-nin daha bir neçə deputatı çıxış edərək cəbhədə son günlər baş verən hadisələr ilə bağlı narahatçılıqlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur
19.10.2019
Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info