Ağ Ev rəsmisi: “ABŞ-ın regionla daha geniş iqtisadi əməkdaşlığı üçün zaman yetişib”
Tarix: 11.07.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


ABŞ-ın nüfuzlu düşüncə mərkəzində Azərbaycanın və regionun strateji əhəmiyyəti müzakirə edilib

Vaşinqtonda nüfuzlu düşüncə mərkəzi olan İrs Fondunda (Heritage Foundation) “Təhlükəsizlik və iqtisadi inkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilib. ABŞ administrasiyası rəsmilərinin, Vaşinqtondakı diplomatik korpusun nümayəndələrinin, düşüncə mərkəzlərinin əməkdaşlarının və müxtəlif ekspertlərin iştirak etdiyi tədbiri açan İrs Fondunun vitse-prezidenti Ceyms Karafano görüşün əhəmiyyətini vurğulayıb.
Ağ Evin Mərkəzi Asiya üzrə direktoru Deyvid Qambl regionun əhəmiyyətindən danışıb, ölkəsinin əməkdaşlığın inkişafında maraqlı olduğunu ifadə edib. O, geniş əməkdaşlıq imkanlarından söz açaraq, təhlükəsizlik və iqtisadi əlaqələrə xüsusi toxunub. D.Qambl ABŞ-ın regionla daha geniş iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini bildirib. Sonra regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtyar İbragimov çıxış ediblər.Panel İrs Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofinin moderatorluğu ilə keçib. Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında iyulun 10-da keçirilmiş görüşü xatırladıb, tərəflər arasında müxtəlif məsələlərin, o cümlədən Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi”nin icrasının müzakirə edildiyini vurğulayıb, Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin müasir İpək Yolunda əlavə beynəlxalq enerji magistralı yaratdığını söyləyib. E.Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında daha fəal səylər göstərməyə çağırıb. Respublikamızın müasir İpək Yolunda oynadığı vacib rola toxunan E.Süleymanov Azərbaycanın region ölkələri ilə sıx əməkdaşlığının Qərb-Şərq daşımalarının daha da sürətləndirilməsinə, regional ticarət və inkişafa yönəldiyini qeyd edib. Səfir bu yaxınlarda Vaşinqtonda Azərbaycanın təşəbbüsü, altı regional dövlətin təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumundan bəhs edərək, müstəqillik qazandıqdan sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq çərçivəsində regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə beynəlxalq inkişafa töhfə verdiklərini, həm də regional sülh və rifaha şərait yaratdıqlarını bildirib. Yaxın Şərqdə cərəyan edən radikalizm və qeyri-sabitlik kontekstində E.Süleymanov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri dünyəvi cəmiyyətlər qurur. Hazırda regional layihələrin tamamlanmaq üzrə olduğunu söyləyən E.Süleymanov Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üzərində çalışdığını qeyd edib. Azərbaycan diplomatı bu sahədə ən yaxşı dünya təcrübələrinin öyrənildiyini vurğulayıb. Eyni zamanda, E.Süleymanov ilk dəfə Azərbaycanda tətbiq edilən, şəffaflığın təmin olunmasında mühüm nailiyyətlər qazanılan və bütün dünyada təqdir olunan “ASAN xidmət” layihəsinin vətəndaşlar tərəfindən də razılıqla qarşılandığını bildirib, bunun bir örnək kimi digər dövlətlər tərəfindən də öyrənilməli olduğunu diqqətə çatdırıb.Növbəti paneldə regionda iqtisadi məsələlər müzakirə olunub. Xəzər Siyasət Mərkəzinin rəhbəri Əfqan Niftiyevin moderatorluq etdiyi bu paneldə ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisinin xarici siyasi məsələlər üzrə müşaviri səfir Riçard Norland, Nazarbayev Prezident Kitabxanasının direktor müavini Timur Şaimergenov, “ABŞ EXPO 2017”-nin icraçı direktoru Coşua Uoker və Enerji, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin direktoru Ariel Kohen çıxış ediblər. Çıxışlarda Azərbaycanın regionda strateji rolundan bəhs olunub, aparılan regional əməkdaşlıq siyasəti təqdir edilib. Qeyd edək ki, tədbir İrs Fondu ilə yanaşı, Xəzər Siyasət Mərkəzi və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info