“Səyyar kitabxana” layihəsinin növbəti mərhələsi
Tarix: 12.07.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi “Səyyar kitabxana” layihəsinin növbəti mərhələsinə start verilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər. Layihənin həyata keçirilməsində məqsəd gənclərin mütaliəyə marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron nəşrlərlə təmin olunmasıdır. Nazir A.Rəhimov jurnalistlərə müsahibəsində bildirib: “Gənclər və İdman Nazirliyinin səyyar kitabxanası yenidən bölgələrə yola düşür. Bu, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçirilən layihədir. İlk ildən layihənin uğurlu olduğunu gördük. Səyyar kitabxana getdiyi bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan təhlillərə əsasən, artıq səyyar kitabxana ilə bağlı 15 minə qədər müraciət var. Müraciətlər ingilis, rus və Azərbaycan dillərində olan kitablarla bağlıdır”. Hazırda səyyar kitabxananın fondunda beş minə yaxın kitabın olduğunu deyən A.Rəhimov qeyd edib: “Kitabxanada 10 minə yaxın kitabın elektron versiyası var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsilə köçürüb götürə bilərlər. Kitabxanada, həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər onları səyyar kitabxanadan əldə edə bilərlər”. A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layihənin hazırlandığını vurğulayıb. Bildirib ki, yeni layihəyə əsasən, oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: “Bu il Balakən rayonunun Azərbaycanın gənclər paytaxtı elan olunduğuna görə, ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün fəaliyyət göstərir. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”. 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olan layihə ötən müddətdə Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırıb və minlərlə oxucunu əhatə edib. Layihə çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dildə nəşrlər mövcuddur. Kitabxana iki noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.
Səyyar kitabxana ilin sonunadək Azərbaycan gənclər paytaxtı Balakən rayonunda zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə fəaliyyət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info