Növbəti hərracda 21 dövlət əmlakı özəlləşdirilib
Tarix: 12.07.2017 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyət, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, regionlardan isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir.
Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə ictimai maraq kifayət qədər böyük olub. Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb. Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza hərraca çıxarılan ilkin qiymətinin 6 misli qədər daha yüksək qiymətə özəlləşdirilib. Belə ki, 23 min 500 manata təqdim olunan kiçik dövlət müəssisəsinə 151 min manat ən son qiymət təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 57,7 kvadratmetr olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsa da 162 min manata özəlləşdirilib. Digər rəqabətli şəkildə özəlləşən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 28,2 kvadratmetr olan istifadəsiz qeyri-yaşayış sahəsinin qiyməti hərracda 3 min 500 manatdan 9 min manatadək artıb. Bu isə özəlləşdirmə prosesində şəffaflığın artmasının, elektron xidmətə keçidin daha da genişləndirilməsinin, investorlar üçün hərraca kifayət qədər maraqlı əmlakların çıxarılmasının nəticəsidir. Eyni zamanda, özəlləşmə, hərraclarla bağlı geniş ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması, televiziya kanallarında məlumat xarakterli videoçarxların nümayiş olunması da bu prosesin sürətlənməsinə, hərraclara olan marağın artmasına səbəb olub. Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 28,8 kvadratmetr olan istifadəsiz qeyri-yaşayış sahəsi, digəri isə Sabunçu rayonunda yerləşən 37 saylı mağazadır.
Keçirilən hərracların nəticələri ilə linkindən istifadə etməklə tanış olmaq mümkündür.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Budəfəki hərracda Lənkəran şəhərində yerləşən “Lənkəran Broyler” Səhmdar Cəmiyyətinin 30 faiz səhm paketi 50 min 289 manata özəlləşdirilib.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracın keçirilməsində məqsəd prosesin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investisiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərir.
Özəlləşdirmə prosesində iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyət, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.
Növbəti hərrac iyulun 18-də keçiriləcək. bu hərraca ümumilikdə 124 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info