Zığ qəsəbəsinin giriş hissəsində yeni dairə inşa olunub
Tarix: 12.07.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinin giriş hissəsində yeni dairə inşa olunub. Dairənin diametri 15 metr təşkil edir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.
Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə, həmçinin dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa Zığ qəsəbəsinə giriş və çıxış yolları, Hövsan yoluna normal hərəkəti təmin etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 metr, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min poqonmetrdən çox səki daşı düzülüb.
Hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və oradan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info