Suraxanıda 17 yeni “Nümunəvi abad məhəllə” salınıb
Tarix: 12.07.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Son illər Suraxanı rayonu intensiv tikinti-quruculuq işlərinin getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi məkana çevrilib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, ilin birinci yarısı ərzində əhəmiyyətli layihələr həyata keçirilib.
Uzunluğu 12 kilometr olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsi əsaslı şəkildə yenidən qurulub, yolboyu yeni səkilər salınıb, avtobus dayanacaqları quraşdırılıb, səth və qrunt sularının ötürülməsi üçün drenaj boruları qoyulub. Hazırda yolun 3 kilometrlik hissəsində yenidənqurma işləri aparılır.
Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən 2 kilometr uzunluğunda Qaraçuxur qəsəbəsi, “S.Steel Company” şirkətinin qarşısındakı dairədən Etibar Bəkirli küçəsi ilə Cəlal Qurbanov küçəsinin kəsişməsinədək uzanan və Zığ və Hövsan qəsəbələrini birləşdirən 8 kilometr uzunluğunda Zığ-Hövsan avtomobil yolu yenidən qurulur, Zığ dairəsi-Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ qəsəbəsinə çıxış üçün qovşaqda inşa işləri davam edir.
Hazırda “Azərsu” ASC-nin işçiləri həmin yolda qəzalı vəziyyətdə olan diametri 400 millimetrlik su xəttinin 3 kilometrlik hissəsinin dəyişdirilməsi ilə məşğuldurlar.
Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın, Qaraçuxur-Əmircan yolunun sol hissəsində yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Əmircan qəsəbəsində uşaq bağçasının və Rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
İlin birinci yarısı ərzində müxtəlif diametrli borularla 14,5 kilometr uzunluğunda yeni qaz kəməri çəkilib, 169 nasos və 144 elektrik mühərriki təmir olunub. “Quşçuluq Sovxozu” adlandırılan yaşayış sahəsində 170 ailəni su ilə təmin etmək üçün yaşayış sahəsinin su xəttinə qəsəbədəki mövcud şəbəkədən birləşmə verilib. Qəsəbədə yüksəkgərginlikli elektrik yarımstansiyası istifadəyə verilib.
Qəzalı evlərin sökülməsinə və onların yerində hündürmərtəbəli binaların tikintisinə başlanılıb. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsindəki 34 və 36, Qəzənfər Vəliyev küçəsindəki 13 nömrəli ünvanda yerləşən üç ikimərtəbəli yaşayış evinin əvəzinə 12 və 14 mərtəbəli yaşayış binası tikilir.
Qəsəbədəki Elman Qasımov küçəsində “Veteranlar guşə”si tikilib istifadəyə verilib, Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə kompleksi əsaslı təmir edilib, 1,15 min kvadratmetr ərazi abadlaşdırılıb.
Bülbülə qəsəbəsində yerləşən kənd qəbiristanlığındakı Şəhidlər xiyabanı əsaslı şəkildə təmir edilib, 12 şəhidin xatirəsi əbədiləşdirilib. Elxan Həsənov küçəsində üç yaşayış binası əsasında təmir edilib.
Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi 11 və O.Şabanov küçəsindəki 4 binanın həyətinə yeni səki daşları düzülüb, asfalt örtüyü çəkilib, abadlıq işləri görülüb. Oqtay Şabanov küçəsi 20, 21a, 21b və 21v nömrəli binaların arxa hissəsində yeni park salınıb, sakinlərin istirahətinin təşkili üçün oturacaqlar, uşaqların əylənməsi üçün müxtəlif oyun elementləri quraşdırılıb, yeni ağaclar əkilib və suvarma sistemi quraşdırılıb.
Rayonda 17 yeni “Nümunəvi abad məhəllə” salınıb. Binaların həyətində səkilər yenilənib, küçələrdə asfalt örtüyü əsaslı təmir olunaraq ərazisi genişləndirilib, yağış sularının axıdılması üçün barmaqlıqlar qoyulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib.
Aparılan ağacəkmə kampaniyalarında 3 nömrəli doğum evinin ərazisində 5 min ədəd ağac, o cümlədən 700 tut tingi əkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info