“Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”
Tarix: 12.07.2017 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


“Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, 15 iyul çevrilişə cəhd gecəsi Azərbaycan Prezidenti İlham Əliyev dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib: “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”.

Diplomat dövlət çevrilişinə cəhd zamanı 250 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb: "Həmin gecə 2000-dən artıq vətəndaşımız isə yaralanıb. O gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Dövlət çevrilişinə cəhd edənlər insanlıq hisllərini itirərək, sadəcə Pensilvaniyadan əmr almaqla robot kimi hərəkət ediblər”.

E. Özoral qeyd edib ki, 15 iyul Türkiyə demokratiyası üçün mühüm sınaq olub: “Türkiyə vətəndaşları tək ürək, tək bədən oldu. Çevrilişə cəhd edənlər
özünü Məsih, peyğəmbər elan etmiş bir adamın qullarına çevriliblər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info