Argentina senatoru ermənilərin Alıxanlıdakı vəhşiliyini pislədi
Tarix: 12.07.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Argentina senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Argentinadakı səfirliyinə göndərilib. Argentina Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri Maria Ester Labado tərəfindən hazırlanan məktubda Fizuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüf ifadə olunur.

“Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir,”- deyə senator məktubda bildirib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info