Kənd təsərrüfatının gələcək 10 ili necə olacaq?
Tarix: 12.07.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Qida təhlükəsizliyi” qlobal narahatlıq qaynağı olaraq qalacaq və keyfiyyətsiz qidalanma bir çox ölkədə yeni çətinliklər yaradacaq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birlikdə hazırladığı "2017-2026-cı ildə kənd təsərrüfatının görünüşü" hesabatı yayımlanıb.
Milli, regional və qlobal səviyyələrdə kənd təsərrüfatı və balıqçılıq sektoru ilə bağlı məlumatların yer aldığı 136 səhifəlik hesabatın builki nəşrində Cənub-Şərqi Asiyanın kənd təsərrüfatı və balıqçılıq sektorları haqqında xüsusi bir bölüm də yer alıb.

Ərzağa olan tələb azala bilər

Hesabat gələcək 10 ildə istehsaldan istehlaka qədər kənd təsərrüfatı sahəsində proqnozlar təqdim edib. Hesabata görə, 2016-cı ildə taxıl, ət və süd məhsullarındakı orta qiymətlər aşağı düşməyə davam etdiyi halda, yağlı toxumlar, bitki mənşəli yağ və şəkərdə yüngül artım
özünü göstərib. 2017-2026-cı ildə isə tələbin ciddi ölçüdə yavaşlayacağı bildirilir.
Gələcək 10 ildə bütün məhsullara nisbətən ərzaq tələbatı artımının əvvəlki 10 ildən daha az olması proqnozlaşdırılır. Beləliklə, bəzi məhsullarda artımın yalnız az inkişaf etmiş ölkələrdə yaşanacağı gözlənilir. Bir çox ölkədə pəhrizlər, aşağı gəlir və təklifdə məhdudlaşdırmalar istehlak artımına zərbə vuracaq. Ət istehlakında da azalmaların olacağı nəzərdə tutulur. Bunun əvəzində, əlavə kalori və zülalın böyük ölçüdə bitki mənşəli yağ, şəkər və süd məhsullarından alınması gözlənilir.
OECD ilə FAO-nun ortaq hesabatına görə, 2026-cı ildə az inkişaf etmiş ölkələrdə gündəlik istehlakın 2 min 450 kaloriyə çatması gözlənilərkən, inkişaf etməkdə olan ölkələrdə isə istehlak gündəlik 3 min kalorini keçəcək.
Hesabata görə, “qida təhlükəsizliyi” qlobal narahatlıq qaynağı olaraq qalacaq və keyfiyyətsiz qidalanmanın davam etməsi bir çox ölkədə yeni çətinliklərə gətirib çıxaracaq. Məhsuldarlıq artımının da qismən azalması gözlənilir. Qlobal taxıl sahəsinin yalnız dəyişkən şəkildə artacağı nəzərdə tutulan hesabatda, soya paxlası sahəsinin daha da genişlənərək, heyvan yemi və bitki mənşəli yağ tələbini qarşılaması gözlənilir.
Hesabata görə ev heyvanları istehsalındakı artım, 10 illik müddətdə ümumi ət istehsalındakı böyümənin az qala yarısını təşkil edəcək. Süd istehsalındakı artımın isə xüsusilə Hindistan və Pakistanda əvvəlki 10 illə müqayisədə sürətlənməsi gözlənilir. Hesabata görə Çin qlobal balıq istehsalında 60 faizdən artıq bir pay sahibi olmaqda davam edəcək. Ovçuluq yerinə fermada yetişdirilən balıq istehsalı hesabatda yer alan əmtəə arasında ən sürətli böyüyən zülal qaynağı olaraq önə çıxır.
Hesabatda deyilir ki, xüsusilə Səhraaltı Afrikada, Şimali Afrika və Orta Şərqdə ərzaq təhlükəsizliyi baxımından idxal daha çox əhəmiyyət qazanır.
Gələcək 10 ilin ixrac və idxal trendlərinə diqqət etdikdə, ixracın Amerika, Şərqi Avropa və Orta Asiya ölkələrində artması, idxalın isə digər Asiya və Afrika ölkələrində yüksəlməsi gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info