Liviyada silahlı dəstə DİN-in binasını ələ keçirmək istəyib
Tarix: 29.04.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Aprelin 28-i Liviyanın paytaxtı Tripolidə silahlı kütlə Daxili İşlər Nazirliyinin binası və ölkənin dövlət xəbərlər agentliyinə hücum etməklə onları ələ keçirməyə cəhd göstərib. Bu barədə “Röyter” agentliyi məlumat verir.
Bildirilir ki, təxminən 200 nəfər silahlı Tripolidə Liviya Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq islahatların keçirilməsi və Müəmmər Qəzzafi rejiminin devrilməsində iştirak etmiş keçmiş hərbçilərin işə götürülməsini tələb ediblər.
“Bu hücumlar... bizi təslim olmağa məcbur etməyəcək-deyə Liviyanın baş naziri Əli Zeydan qeyd edib.
“Röyter” agentliyinin məlumatına görə, Liviya Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alanlar nazirlikdə və xaricdəki diplomatik nümayəndəliklərdə yüksək vəzifələrdə işləyən Qəzzafi rejiminin keçmiş tərəfdarlarının istefasını tələb edib.
Son zamanlar inqilab yaşamış Liviyada təhlükəsizlik sahəsində vəziyyət qərb dövlətlərinin narahatlığına səbəb olur. Keçən ilin sentyabr ayında terrorçular Benqazidəki ABŞ konsulluğuna hücum edərək həmin ölkənin səfirini öldürmüşdülər.
Yanvar ayında Avstraliya, Almaniya, Niderland, Fransa və İsveçrə əcnəbilərə hazırlanan hücumlar haqqında informasiya ilə əlaqədar həmvətənlərini Benqazini tərk etməyə çağırıblar. Bir sıra Qərb dövlətləri, o cümlədən Böyük Britaniya öz vətəndaşlarına Liviyada vəziyyət təhlükəli olduğu üçün həmin ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info