Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb
Tarix: 12.07.2017 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Cari ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlərin 239 316-sı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə, 16 808-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə, qalanı isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub.

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron qeydiyyatının aparılması yolu ilə rəsmiləşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir. Sistem həmçinin işçilərə onlarla əlaqədar sistemə daxil edilən bildirişlər barədə məlumat öyrənmələrinə, onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilmələrinə imkan verir. İşçilərin və işəgötürənlərin qanunvericilikdən irəli gələn hüquqlarının əsaslı təminat vasitəsi olan bu sistem eyni zamanda əmək münasibətlərinin əhatəli uçotunun aparılmasına, bu sahə ilə bağlı real vəziyyəti əks etdirən məlumat bazasının formalaşmasına şərait yaradıb.

Hazırda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada ən mütərəqqi təcrübə nümunələrindən biri kimi qəbul edilərək yüksək dəyərləndirilir. Ötən ay isə BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən bu sistem “Çempion layihə” mükafatına layiq görülüb.

“Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə tətbiqinə başlanıldığı 2014-cü ilin iyul ayından bəri 8,8 mln. dəfədən çox müraciət qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info