AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı olub
Tarix: 12.07.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun sorbsiya prosesləri laboratoriyasının müdiri, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bölmənin elektron kitabxanasında keçirilən tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Naxçıvan Muxtar Respublikasının seolitləri haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Günel Məmmədovanın müəllifi olduğu yeni nəşrdə müasir analiz metodlarından istifadə etməklə muxtar respublikanın təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas quruluş kəmiyyətləri hesablanıb.
Sonra kimya elmləri doktoru Bayram Rzayev “Gümüşlü qurğuşun-sink filizi haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Əhməd Qarayevin monoqrafiyası Gümüşlü qurğuşun-sink filizindən kollektiv və seçici flotasiya metodu ilə qurğuşun sulfid konsentratının alınmasına, həmçinin bir sıra ikili və üçlü birləşmənin su mühitində sintez şəraitini öyrənilməsinə, qara qurğuşunun alınmasına və digər məsələlərin tədqiqinə həsr olunub.
Tədbirdə mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev çıxış edərək yeni nəşrlərin elmi işçilər və ali məktəb tələbələri üçün faydalı olacağını qeyd ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək
16.01.2019
Sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək
16.01.2019
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb
16.01.2019
Hava şəraiti ilə bağlı işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
16.01.2019
Seymur Mövlayev Aqrar Xidmətlər Agentliyinin sədri təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info