Rusiya Sərhəd Xidməti Ermənistanda keçirilən təlimlə bağlı məlumata dəyişiklik edib
Tarix: 12.07.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib.

“News.am” saytının verdiyi məlumata görə, məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.

“Ermənistan Respublikasındakı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti xəbər verir ki, Mehri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə (Ermənistan-İran sərhədi) sərhəd axtarış həyata keçirilməsi üçün qüvvə və vasitələrin təlimi zamanı İran İslam Respublikasından Ermənistan Respublikasına şərti sərhəd pozucularının qarşısını almaq üçün aparılan birgə fəaliyyət yoxlanılırdı”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, məlumatın ilkin versiyasında FTX Sərhəd Xidməti və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qonşularının Dağlıq Qarabağa keçmək istəyən dövlət sərhəd pozucularının axtarışı ilə bağlı birgə fəaliyyət aparıldığı bildirilirdi. Konkret olaraq ru.armeniansputnik.am internet resursunda yer alan məlumatda deyilirdi ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə saxlanılması ssenarisi işlənilib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.

Xatırladaq ki, APA yayılan məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ilə müraciət edib. DSX mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

Bildirilib ki, yaxın zamanlarda məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info