Qazaxıstandakı beynəlxalq qurumlar bəyanat yayıb
Tarix: 12.07.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar, araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları, Azərbaycan diasporu iyulun 4-də Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanatlarla çıxış ediblər.
Dünya Axıska Türkləri İctimai Birliyinin, uyğurların “Turan dünyası” Beynəlxalq Fondunun, “Xəzər” İctimai Birliyinin, eləcə də “Ozan” Təşkilatının bəyanatlarında vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması qəbul edilməzdir.
Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqların hüquqlarına ziddir. Qazaxıstanda akkreditə olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç” “UNICEF” Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə ünvanlanmış bəyanatda deyilir ki, baş vermiş hadisənin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistanın növbəti hərbi təxribatı Qazaxıstan mətbuatı tərəfindən də geniş işıqlandırılıb.
“Kazinform” İnformasiya agentliyində Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı siyasətinin iç üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh prosesinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info