“Dünyada demokratiyaya Türkiyə xalqı kimi sahib çıxan ikinci xalq varmı?“
Tarix: 12.07.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.
B. Bozdağ deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə keçən il iyulun 15-də hərbi çevriliş cəhdi olub: "Bu hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı 249 insanımız şəhid olub, 2200 civarında insan yaralanıb. Türkiyə Prezident Sarayı, Türkiyə Böyük Millət Məclisi atəşə tutulub, yüzlərlə insanımızı öldürdülər. Türkiyə parlamenti qurulduğu tarixdən sonra ilk dəfə bombalanıb. Mən parlamentdə çıxış edən parlament binasına iki dəfə bomba atıldı. Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə demokratiyaya, cümhuriyyətə sahib çıxıb. Türkiyə prezidentinin xalqı meydanlara səsləməsindən sonra proseslərin istiqaməti dəyişib".

Türkiyənin ədliyyə naziri bildirib ki, bu gün R. T. Ərdoğanı diktator adlandıraraq bəzi beynəlxalq media orqanları onu gözdən salmağa çalışır: "Dünyada xalqın əmanətinə sahib çıxmaq üçün hərbi çevriliş etmək istəyənlərə meydan oxuyan ikinci lider varmı? Yoxdur. ABŞ, Avropa da daxil olmaqla, həmişə demokratiyadan bəhs edənlərin mövqeyi yalnız hərbi çevrilişin qarşısı alındıqdan sonra ortaya qoyuldu. Hərbi çevriliş cəhdinin nəticəsi məlum olmayan məqamda ABŞ açıqlama verir ki, Türkiyədə sabitliyin tərəfdarıyıq. ABŞ Türkiyədə seçilmiş hakimiyyəti dəstəklədiyini, hakimiyyətin yalnız seçki yolu ilə dəyişdirilə biləcəyini bəyan edə bilmir. Bir neçə ölkənin dəstəyi istisna ilə, Türkiyə bu məsələdə yalnız qaldı. Hərbi çevriliş cəhdinin uğursuz olmasının səbəbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın qorxub qaçmamasıdır. Ən əsası isə xalqımız siyasi mənsubiyyətindən asılı olmayaraq, meydanlara axışdı, tankların qarşısına silahsız çıxdı. Dünyada demokratiyaya Türkiyə xalqı kimi sahib çıxan ikinci xalq varmı?"

B. Bozdağ qeyd edib ki, 15 iyulda dosta və düşmənə Türkiyədə çevrilişin mümkün olmadığı nümayiş etdirilib: "Mən Türkiyə mediasına da təşəkkür edirəm. Eyni zamanda Türkiyənin sabiq prezidenti Turqut Özalı minnətlə anıram. Çünki məhz Turqut Özal müqavimətlərə baxmayaraq, ölkədə özəl televiziya və radio kanallarının yaradılmasının önünü açıb. Keçən il 15 iyulda özəl KİV-lər olmasaydı, bəlkə də hərbi çevriliş cəhdinin nəticəsi fərqli olardı. Orduda hərbi çevriliş cəhdinə qarşı çıxanların da rolunu xüsusi qeyd etmək istəyirəm".

Ədliyyə naziri saxlanılan və həbsdə olan şəxslərə qarşı işgəncələr verildiyi barədə bəzi beynəlxalq təşkilatların iddialarının əsassız olduğunu vurğulayıb.

B. Bozdağ FETÖ-nün təlimatı ilə hərbi çevriliş cəhdində saxlanılan və bu gün mühakimə edilən şəxslərin cinayətlərini inkar etdiklərini nəzərə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
“Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info