“FETÖ ABŞ, Almaniya, Fransa və digər ölkələr üçün də bir zaman təhdid olacaq”
Tarix: 12.07.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


”Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri hazırladıqları hesabatlarla Avropa parlamentarlarını aldadırlar”.

Bunu Türkiyədə səfərdə olan Azərbaycan və digər xarici ölkələrin media mənsubları ilə görüşündə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib. O bildirib ki, Türkiyə üzrə məruzəçilərin dəyişməsi vacibdir: “Biz avropalı məruzəçiləri həqiqətlərə inandıra bilmirik, ancaq yalan söyləyənlərə inanırlar”.

B. Bozdağ qeyd edib ki, ABŞ, Avropa üçün “Əl-Qaidə” liderinin qorunması nə dərəcədə narahatlıq doğurardısa, FETÖ lideri Fətullah Gülənin ABŞ-da saxlanılması, mühafizə edilməsi də Türkiyə xalqında o dərəcədə narahatlıq doğurur: "Əgər ABŞ-da Ağ Ev, parlament, Pentaqon bombalansa, insanlar qətlə yetirilsəydi və həmin çevriliş cəhdinin lideri Türkiyədə olsaydı, bu, ABŞ-da hansı reaksiya doğurardı? FETÖ lideri hazırda da ABŞ-da yaşayır, heç bir maneə olmamaqla terror təşkilatını idarə edir. Bir məqamı da qeyd etmək istəyirəm. FETÖ ABŞ, Almaniya, Fransa və digər ölkələr üçün də bir zaman təhdid olacaq. Biz bunu deyəndə həmin ölkələrin rəsmiləri dodaq altında bizə gülürlər. Ancaq təhlükənin səviyyəsini bilmirlər. FETÖ vəzifəlilərin, imkanlı şəxslərin övladlarını və istedadlı uşaqları məktəblərinə cəlb edir, FETÖ liderinə sadiq şəxslər kimi yetişdirirlər. FETÖ 40 ildən sonra Türkiyədə hərbi çevriliş cəhdi etməyə cəsarət etdi. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təlimat zabiti FETÖ üzvü olub, deyir ki, hər gün Baş Qərargah rəisinin otağına səsi yazan cihaz qoymuşam. Bu səs yazılarını nə edirlər? Xidmətində olduqları xarici kəşfiyyat qurumlarına təqdim etmək üçün bu səs yazıları lazımdır. ABŞ və digər ölkələrdə FETÖ-nün yetişdirdiyi gənclər 20 ildən sonra həmin ölkələrdə bu əməlləri edəcəklər. Bunu yaşayıb görəcəyik, o zaman biz türkləri dinləmədikləri üçün təəssüfləndiklərini bildirəcəklər".

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info