“Ermənistanın əsas aviaşirkəti xarici şirkətlərin nəzarəti altına keçir”
Tarix: 29.04.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Quru sərhədlərini Rusiya hərbçilərinə əmanət edən «müstəqil» Ermənistan dövləti strateji sahə olan hava nəqliyyatı və təhlükəsizliyini də hərraca çıxarıb
İqtisadi cəhətdən rentabelli olmadığından Ermənistanın «Armavia» aviaşirkəti müflis olduğunu hələ bir ay əvvəl elan edib. Şirkət düşdüyü çətin vəziyyətdən qurtulmaq üçün banklardan təxminən 50 milyon dollar borc götürmüşdü. Köhnə borcları ödəyə bilməyən şirkətin bu yükünün üstünə bir də 50 milyon dollarlıq borc əlavə olundu.
Müəyyən edilən vaxt ərzində borclarını qaytara bilməyən aviasiya şirkətinin özünü müflis elan etməkdən başqa çıxış yolu qalmamışdı. Son günlər ərzində şirkətin səhmlərinin satılması ilə bağlı müxtəlif söhbətlər dolaşır. Həmin məlumatlarda qeyd edilir ki, xaricdə yaşayan imkanlı ermənilər şirkətin səhmlərinin müəyyən bir hissəsinin onlara satılması müqabilində müəyyən məbləğdə kredit ayıra biləcəklərini diqqətə çatdırıblar. Bu istiqamətdə aparılan danışıqlarla bağlı rəsmi informasiya yoxdur. Amma belə görünür ki, Ermənistan hava məkanını da xarici qüvvələrin nəzarəti altına verməyə məcbur olacaq. Bu dövlət nə hava, nə də qurudan öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Quru sərhədlərini Rusiya hərbçilərinə əmanət edən «müstəqil» Ermənistan dövləti strateji sahə olan hava nəqliyyatı və hava təhlükəsizliyini də hərraca çıxarıb. Dövlətin strateji sahələrinin bazara çıxarılması, alver predmetinə çevrilməsi Ermənistan dövlətinin, hakimiyyətinin mahiyyətini ortaya qoyur. «Lragir» xəbər verir ki, «Armavia» şirkəti də fəaliyyətinin yenidən bərpa edilməsinə işarə vuran açıqlama yayıb. Şirkət hesab edir ki, «pis menecmentlik» böyük ölçüdə kənardan olub və indi həmin qüvvələr aviaşirkəti tənqid üçün yaxşı imkan əldə ediblər. Şirkətdə hesab edirlər ki, rentabelli fəaliyyətin aradan qalxmasının əsas səbəbi də elə kənardan olan menecmentliklə bağlıdır. Ona görə də şirkət iflasdan qurtularsa, fəaliyyətini daxili bazarda davam etdirəcək. Baxmayaraq ki, bir ay əvvəl borclara görə şirkət özünü müflis elan edib. «Armavia» şirkəti yenidən fəaliyyətə başlamaq üçün plan hazırlayıb və həmin plan artıq hökumətə təqdim edilib. Plana əsasən, şirkətin səhmlərinin 74 faizi satışa çıxarılmalı və həmin səhmlərin 21 faizini dövlət almalıdır. Qalan səhmlər isə xarici investorlara satılmalıdır. Maraqlıdır ki, şirkət yeni xarici investor tapdığını gizlətmir. Amma yeni investisiya proqramını həyata keçirmək üçün hökumətin müvafiq addımlar atması lazımdır. «Armavia» şirkətinin bu açıqlaması da aydın göstərir ki, şirkət xarici investor tapdığı üçün belə mövqe ortaya qoymağa başlayıb. Elə indidən təxmin etmək olar ki, «Armavia» xarici investorlara satılacaq və Ermənistanın əsas aviaşirkəti xarici şirkətlərin nəzarəti altına keçəcək. Hələlik adı gizli saxlanılan investorların istəyini çatdıran «Armavia» hökumətə müraciət edərək hava üçün onlardan alınan verginin azaldılmasını təklif edir. Bunun müqabilində «Armavia» istifadəçilərinin biletinə 30 faizlik güzəşt tətbiq ediləcək. Şirkət hökumətdən aviasiya yanacağını müstəqil şəkildə almaq hüququnu da istəyir.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info