“Equilibrium Global” Ermənistan ordusunun dinc sakinləri qətlə yetirməsindən yazıb
Tarix: 12.07.2017 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


İyulun 11-də Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” başlıqlı məqalə dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunan ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. İyulun 4-də Ermənistan ordusu tərəfindən dinc əhali atəşə tutulub. Nəticədə mülki əhali arasında ölənlər olub. Məqalədə deyilir: “Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına, belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?”.
Məqalədə, eyni zamanda, cəbhədəki vəziyyət, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənən şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşan ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən, həmçinin hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin, uşaqların qəsdən öldürülməsinə yönələn alçaq və şərəfsiz təxribatlara əl atır.
Məqalənin sonunda xüsusi vurğulanır ki, baş verən hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info