“Mülki şəxslərin erməni hərbçiləri tərəfindən öldürülməsi terrorizm əməlidir”
Tarix: 12.07.2017 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Ukraynanın tanınmış “Politeka.net” informasiya portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik yazı dərc olunub. Ukraynalı analitik Yuri Rayxelin müəllifi olduğu yazıda erməni silahlılarının açdığı atəş nəticəsində Füzulinin Alxanlı kəndində biri uşaq olmaqla Azərbaycanın iki mülki şəxsinin öldüyü qeyd olunur. Yazıda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının yaydığı açıqlaması da yer alıb.
“Sözsüz ki, cavab atəşindən sonra erməni tərəfinin itkiləri də oldu, adəti üzrə bu itkilər barədə məlumat gizlədildi”,- deyə Y.Rayxel yazısında qeyd edib.
Müəllif vurğulayır ki, mülki şəxslərin öldürülməsi separatizm və terrorizm əməlidir.
Analitik yazıda bildirilir ki, Dağlıq Qarabağ probleminin həlli region və digər ölkələrin ticarət, iqtisadi əlaqələrinin inkişafına təsir edər. Problemin həlli nəticəsində Cənubi Qafqaz ölkələrinin ticarət malları Xəzər və Qara dəniz vasitəsilə daşına bilər ki, bu da Ukrayna bazarına müsbət təsir edər. Ona görə də Dağlıq Qarabağ probleminin həlli Ukraynanın maraqlarına xidmət edir.
Ukraynalı analitik yazır ki, Cənubi Qafqaz strateji region olduğu üçün bura həmişə xarici dövlətlərin maraq dairəsində olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info