“Ermənistana pənah gətirən Suriya qaçqınları ərəb ölkələrinə qaçır”
Tarix: 29.04.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


“Suriyadan gələn ermənilər burada özlərinə iş tapa bilmədiklərindən, xarici ölkələrə üz tutmağa məcbur olurlar”

Armine: “Dolanışığıımız çox çətindir, icarə haqqını
verə, elementar ehtiyacları ödəyə bilmirik”


Suriyada baş verən qanlı hadisələrdən sonra bu ölkə vətəndaşları qonşu dövlətlərə üz tutublar. Onların arasında ermənilər də var. Həmin ermənilərin Türkiyəyə köç etməsi ilə bağlı məsələ gündəmə gələrkən Ermənistan mətbuatında bununla bağlı qərəzli xəbərlər yayıldı.
Amma Türkiyə xarici siyasət idarəsinin başçısı bunu təkzib edərək ölkələrinə pənah gətirən suriyalıların kimliyinə diqqət etmədən onlara sığınacaq verildiyini açıqladı. Amma Türkiyə tərəfi öz ərazisi vasitəsilə Suriya ermənilərinin Ermənistana, oradan da Dağlıq Qarabağa köçürülməsi xəbərlərini təkzib etdi. Ermənistan dövləti isə növbəti dəfə beynəlxalq hüquq normalarını pozaraq Suriyadan qaçqın düşən ermənilərin bir qismini işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırır. Təəssüf ki, münaqişənin həlli ilə məşğul olan həmsədrlər onların gözlərinin qarşısında beynəlxalq hüquq normalarının pozulmasına, Ermənistanın danışıqlar proesinə zərbə vurmasına göz yumurlar. Ermənistan üçün bu məsələ sırf siyasi aspekt daşıyır. Çünki vətəndaşları kasıbçılıqdan, imkansızlıqdan əziyyət çəkən bir ölkənin minlərlə qaçqın qəbul etməsi, onlara baxması sadəcə mümkün deyil. Bir ölkəni ki, yoxsulluqdan, işsizlikdən ildə təxminən 100 min nəfər tərk edir, o ölkə qaçqınlara necə baxa bilər? Deməli, Sərkisyan hakimiyyətinin suriyalı ermənilərə qucaq açması siyasi məqsədlərə xidmət edərək, sırf görüntü xarakteri daşıyır. Amma gəlişi gözəl sözlərlə, soydaşlara qayğı görüntüsü ilə qarın doyurmaq mümkün deyil. Bu siyasətin effekti uzağı 5-10 günə yox olur. Və Suriyadan böyük ümidlərlə Ermənistana pənah gətirən erməni qısa müddətdən sonra reallıqla qarşılaşır-nə yeməyə çörək var, nə pul qazanmağa imkan, nə də iş yeri. Elə iş olsaydı, daha hər il 100 min nəfər bu ölkədən başını götürüb niyə qaçırdı? «Birinci İnformasiya» Suriyadan gələn ermənilərin vəziyyəti ilə maraqlanıb. Məlum olub ki, Ermənistana pənah gətirən 6 min erməninin yarıdan çoxu hələ də özlərinə iş tapa bilməyiblər. Həmin ermənilərdən biri olan Armine dolanışıqlarının çətin olduğunu, icarə haqqını verə bilmədiklərini, elementar ehtiyaclarını ödəyə bilmədiklərini deyib: «İki qızım burada universitetə daxil olub. Təkcə yoldaşım işləyir, o da xarici ölkədə. Suriyadan özümüzlə heç nə gətirə bilməmişik. Əgər burada iş tapa bilsək, dolanışığımız bir qədər düzələr». «Birinci İnformasiya» saytı daha sonra yazır: «Suriyadan gələn ermənilər burada özlərinə iş tapa bilmədiklərindən, xarici ölkələrə üz tuturlar. Elə Arminenin yoldaşı da Ermənistanda iş tapa bilmədiyindən Birləşmiş Ərəb Əmirliyinə üz tutub. Armine haqlı olaraq soruşur: «Biz qürbətdən gəlmişik, yenə də qürbətə üz tuturuq. Vətənə gəldik, amma yenə də ayrılmağa məcbur olduq». Arminenin vəziyyətində olan suriyalı ermənilər çoxdur. Ermənistana gəldikdən sonra iş tapa bilməyən suriyalı ermənilər başqa ölkələrə üz tuturlar».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info